Accessibility links

Belarus müxalifətinin lideri Sviatlana Tixanovskaya BMT Baş Assambleyasında iştirak edir


Belarus müxalifətinin lideri Sviatlana Tixanovskaya BMT Baş Assambleyasında iştirak edir
please wait

No media source currently available

0:00 0:02:47 0:00

Belarus müxalifətinin lideri Sviatlana Tixanovskaya BMT Baş Assambleyasında iştirak edir

Belarus müxalifətinin lideri Sviatlana Tixanovskaya adı açıqlanmayan Avropa ölkəsinin nümayəndə heyətinin üzvü kimi Birləşmiş Millətlər Təşkilatının builki Baş Assambleyasında iştirak edir. Tsixanovskaya Amerikanın Səsinə eksklüziv müsahibəsində deyib ki, baxmayaraq ki, "Vladimir Putin onu sovet dövrünə geri qaytarmaq istəyir", Belarusa "Rusiyaya əlavə" kimi baxılmamalıdır.

Qlobal siyasi səhnə Belarus müxalifətinin lideri Svetlana Tixanovskayaya yad deyil. Lakin bu, onun Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına şəxsən ilk səfəridir. "Mən burada ölkəmizdə diktatora qarşı mübarizə aparan belarusları təmsil edirəm".

O, ölkəsinin hazırkı hökumətini təmsil etməyə bilər, lakin onun bu barədə danışacağı vacib məsələlər var. "[Lukaşenko] rejimini və Belarus xalqını bir səbətə qoymayın".

Tixanovskaya Rusiya prezidenti Vladimir Putinin müttəfiqi olan Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiya qüvvələrinə Ukraynaya hücum etmək üçün öz ərazisindən istifadə etməsinə icazə verdiyinə görə demokratik dünyanın onun həmvətənləri haqqında pis düşünməsini istəmir. Ekspertlər onun buna nail olduğunu deyir. Pavel Slunkin: "Aleksandr Lukaşenkonun Belarus cəmiyyətini təmsil etməyə haqqı yoxdur. Belarus cəmiyyəti 2020-ci ildə ona səs verməyib. Cəmiyyət həmin rejimin qurbanı və girovu olaraq qalır. O, bunu ifadə edə bildi".

Təhlilçilər Rusiyanın Ukraynanın şərqində heyrətamiz itkilərə məruz qaldığı bir vaxt, onun BMT Baş Assambleyasına səfərinin vaxtında olduğunu düşünür. Kanadanın Alberta Universitetindən David Marplis: "Bu, kritik bir məqamdır, ukraynalılar hazırda müharibədə müəyyən uğurlar əldə edir."

Tixanovskaya da oxşar fikri bölüşür. "Ukraynalıların qələbəsi Putinin zəif olması deməkdir, deməli, Lukaşenko da zəifdir".

Tixanovskaya seçkidən sonra Lukaşenko rejiminin dinc etirazçılara qarşı amansız repressiyalarının ardınca 2020-ci ilin avqustunda iki azyaşlı uşağı ilə Belarusu tərk etməyə məcbur oldu. Əksər Qərb müşahidəçiləri onu hakimiyyət tərəfindən həbs edilən və 18 il müddətinə həbs cəzasına məhkum edilən həyat yoldaşı, məşhur bloqqeri əvəz edərək, həmin il prezidentlik kampaniyasının qanuni qalibi hesab edir.

Bütün bunlara baxmayaraq, o, dinc hərəkatın tərəfdarı olaraq qalır. "Mən hələ də Belarus böhranının sülh yolu ilə həllinə inanıram".

Ekspertlər Belarusda etiraz hərəkatının üzvlərinin dinc nümayişlərin uğursuzluğundan narazı olduqlarını və liderlərindən daha sərt addımlar tələb etdiklərini deyir.

XS
SM
MD
LG