Accessibility links

Belarusda 100-dən çox müxalifət tərəfdarı həbs edilib


Belarus polisi paytaxt Minsk və başqa şəhərlərdə keçirilən mitinqlərdə 100-dən çox insanı həbs edib. Bu, prezident Aleksandr Lukaşenko hökümətinin “inqilab”ın qarşısını aldığını deməsindən bir gün sonra baş verib. Belarusda son zamanlar müxalifət liderləri və fəallara qarşı təqiblər artıb, prezidentliyə potensial namizəd həbs olunub.

İnsanlar iyunun 19-da küçələrə axışıb. 19 iyun Belarusda avqustun 9-da keçiriləcək prezident seçkilərində iştirak etmək istəyən namizədlər üçün petisiya imzalamağın sonuncu günüdür. 65 yaşlı Lukaşenko 6-cı dəfə namizdəliyini irəli sürüb.

1994-cü ildən bəri hakimiyyətdə olan Lukaşenko eksperlətin fikrincə ən böyük çətinliklə üzləşir, çünki prezident hər hansı sosial məsadə tədbirləri və digər məhdudiyyətləri tətbiq etməkdən imtina etdiyi üçün ölkədə koronavirusun qarşısını almaq çətinləşib.

Minskdə keçirilən mitinqdə polis tərəfindən saxlanılanlar arasında təkcə müxalifət tərəfdarları deyil, həmçinin media nümayəndələri də olub.

Paytaxtda iyunun 19-da internetə çıxışın bir neçə saat boyunca kəsildiyi barədə xəbər verilib.

Bundan əlavə polis Mahilau şəhərində etirazçılara qarşı gücdən istifadə etməklə hədələyib, Homel şəhərindəki etirazçılara isə mitinqin qeyri-qanuni olduğu deyilib.

Belarus insan haqları qeyri-hökümət təşkilatı “Vyasna”nın məlumatına görə, Belarusa Bu arada Lukaşenko iyunun 20-də hökümətinin penisyaları artıracağını elan edib, lakin o artımın nə qədər olacağını açıqlamayıb.
“Bu, seçki naminə populizm deyil. Mən bunu heç vaxt etməzdim,” Belarus lideri deyib.

Lukaşenko iyunun 19-da 25 ildən çoxdur idarə etdiyi Şərqi Avropa ölkəsində inqilab cəhdinin qarşısını aldığını bildirmişdi.

İyunun 19-da hökumətin iclasında çıxış edən Lukaşenko "Şərqdən və Qərbdən" qüvvələrin Belarusda sabitliyi pozmağa çalışdıqlarını, lakin onların "maskalarının cırıldığını" və "xaricdəki kuklalar və kukla ustaları"ının müəyyən edilidiyini bildirib.

Onun bu çıxışı Rusiyaya məxsus "Belqazprombank"a 20 il başçılıq edən Viktar Babarika və onun prezidentliyə namizədlik kampaniyasına rəhbərlik edən oğlunun maliyyə cinayətlərində şübhəli bilinərək həbs olunmasından bir gün sonraya təsadüf edib.

Belarus rəsmiləri iyunun 15-də banka nəzarəti ələ keçirib. Bankın ondan çox yüksək səviyyəli idarəçiləri vergidən yayınma və çirkli pulların yuyulması ittihamları ilə həbs olunub.

56 yaşlı Babarika Belqazprombank-a qarşı edilən hərəkətlərin "siyasi sifarişlər" üzərində aparılan hədə-qorxu kampaniyasının bir hissəsi olduğunu söyləyib.

İyunun 19-da Avropa İttifaqı Belarusu Babarika və oğlunu həbsdən dərhal azad etməyə və qanunun aliliyinə tam hörmətlə yanaşmağa çağırıb.

"Hər hansı araşdırma qərəzsiz və siyasi təzyiq olmadan aparılmalıdır" deyə, Aİ-nın xarici siyasət üzrə sözçüsü Piter Stano öz açıqlamasında bildirib.

XS
SM
MD
LG