Accessibility links

Belarusda 9 may paradı keçirilib


Minksdə koronavirus epidemiyasına baxmayaraq 9 mayda böyük hərbi parad keçirilib. Paradda ölkə prezidenti Aleksandr Lukaşenko və digər yüksək vəzifəli rəsmilər iştirak edib.

Paraddan öncə Ümummilli Səhiyyə Təşkilatının başçısı Hans Kluge Belarus hökümətini insanların həyatlarını riska altına qoymamaq üçün Qələbə Gününü alternativ yollarla qeyd etməyə, kütləvi tədbirləri ləğv etməyə, əyləncə məkanlarını bağlamağa və insanların hərəkətlərinə məhdudiyyətlər qoymağa çağırıb.

Lakin Lukaşenko paradı təxirə salmaqdan imtina edib və bir daha 9 mayla əlaqədar mövqeyini təkrarlayıb:

“Belarus xalqı bu günkü günün ləğv olunmasına mütənasib olmayan dağıntılarla üzləşib.

“Belarus xalqı bu gün hər hansı bir məhrumiyyətə nisbi olmayan məhv yükünü daşıyırdı. Bu qəhrəmanlığa həsr olunan tədbirin təxirə salınması haqda düşüncə belə bizim üçün qəbuledilməzdir” – deyə o, yüşüş başlamadan öncə bildirib. “Bu axmaq dünyada bizi bu müqəddəs aktın yerinə yetirilməsinə görə qınayan insanlar olacaq. Bizi qınamayın. Bizim başqa seçimimiz yox idi, amma olsa idi, biz yenə bunu edərdik”, o deyib.

Bəzi tamaşaçılar və rəsmilər paradda maska ilə iştirak etsə də, əksəriyyət maska taxmayıb. Bundan əlavə paradda bəzi veteranlar da iştirak edib, baxmayaraq ki, Lukaşenko daha öncə bu il onların sağlamlıqlarını qorumaq üçün onları xüsusi olaraq parada dəvət etməyəcəyini demişdi.

Minskdə keçirilən parad bu il keşmiş Sovet ölkələri arasında keçirilən yeganə paraddır. Bütün digər ölkələrdə, o cümlədən Rusiyada koronavirus səbəbilə kütləvi tədbirlər təxirə salınıb. Rusiya hakimiyyəti Moskvada yalnız paradın aviasiya hissəsini keçirib və axşam atəşfəşanlığın olacağına söz verib. Prezident Vladimir Putin və Moskvanın meri Sergey Sobyanin bayramı epidemiya bitəndən sonra “təkrar” qeyd ediləcəyini vəd edib.

Mayın 8-ə olan məlumata görə, Belarusda 21 mindən çox insan koronavirusa yoluxub. Son 24 saat ərzində 933 yoluxma halı qeydə alınıb. Səhiyyə Nazirliyinin məlumatına görə, indiyədək koronavirusdan 121 nəfər həyatını itirib.

XS
SM
MD
LG