Accessibility links

Belarusda bir qrup qadın yürüş keçirib, 15 nəfər saxlanılıb


Şənbə günü onlarla qadın Belarus hökümətinə və Aleksandr Lukaşenkoya istefa verməsi və ya yeni seçkilərin keçirilməsinə çağırış etməsinə təzyiq göstərmək məqsədilə Minskin küçələrində yürüş edib.

Oktyabrın 17-də keçirilən yürüşün miqyası daha öncə Belarus paytaxtında mərkəzi küçələrində keçirilən və etirazçılarla iğtişaş polisi arasında qarşıdurmalarla nəticələnən nümayişlərdən daha kiçikdir.

Telegram və sosial mediaya yerləşdirilən videoda iştirakçıların bəzilərinin polis tərəfindən saxlandığını göstərilib. İnsan haqları qrupu Vyasna polisin azı 15 nəfəri saxladığını bildirib.

Belarusda avqustun 9-da keçirilən seçkidən bəri etirazlar keçirilir. 1994-cü ildən bəri hakimiyyətdə olan Lukaşenko həmin seçkinin qalibi elan olunub.

Müxalif qruplar və bir çox belaruslu seçki nəticələrinin saxtalaşdırıldığını və fəal Svetlana Tixanovskayanın legitim qalib olduğunu deyir.

O, seçkidən qısa müddət sonra ona və ailəsinə qarşı təhdidlərə görə, Belarusdan Litvaya qaçıb.

Tixanovksaya və onun tərəfdarları bu həftə təzyiqlərini artırıblar. Belə ki, o, Lukaşenkonu oktyabrın 25-dək istefa verməyə çağırıb, əks təqdirdə isə ümummilli tətillə üzləşəcəyi ilə bağlı xəbərdarlıq edib.

Birləşmiş Ştatlar və Avropa İttifaqı Lukaşenkonun qələbəsini tanımağı rədd edib və oktyabrın 12-də Aİ Lukaşenkonu sanksiya siyahına əlavə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG