Accessibility links

Belarusda həftə sonu nümayişlərdə 500 etirazçı həbs edilib


Belarus polisi həftə sonu prezident Aleksander Lukaşenkoya qarşı davam edən nümayişlərdə 500 etirazçını həbs edib.

26 ildir hakimiyyətdə olan Lukashenko avqustun 9-da 6-cı dəfə seçildiyini iddia edib. Lakin ölkədə çoxları Lukaşenkonun səslərin 80 faizini aldığını iddia etdiyi seçkiləri qeyri-legitim hesab edir.

Associated Press xəbər agentliyinin verdiyi məlumata görə, ölkənin Daxili İşlər Nazirliyi 22 şəhərdəki etiraz aksiyaları zamanı 150 nəfərin şənbə günü, daha 350 nəfərin isə bazar günü həbs edildiyini bildirib.

Paytaxt Minskdə küçələrə təxminən 100 min etirazçı çıxıb.

İnsan haqları qrupu həftə sonu keçirilən nümayişçilər zamanı etirazçılara qarşı əvvəlki qədər zorakılıq tətbiq edilmədiyini bildirib. Bundan əvvəl polisin izdihamı dağıtmaq üçün gözyaşardıcı qaz, dəyənək və rezin güllələrdən istifadə etdiyi bildirilmişdi, bir neçə nümayişçinin öldürüldüyü haqda xəbər verilmişdi.

"100 mindən çox insan küçələrə çıxdıqda repressiyalar işləmir. Hakimiyyətin qorxu taktikası artıq işə yaramır" - deyə, "Vesna" İnsan Haqları Mərkəzinin rəhbəri Ales Bialiatski bildirib.

Belarus rəsmiləri bu yaxınlarda müxalifət tərəfindən yaradılan və hakimiyyətin dinc yolla ötürülməsini dəstəkləyən Koordinasiya Şurası üzvləri ilə bağlı istintaqa başlayıb. Qrup üzvlərinə qarşı irəli sürülən ittihamlara milli təhlükəsizliyin pozulması da daxildir.

Bildirildiyinə görə, şuranın bir neçə üzvü həbs edilib, bəziləri isə ölkəni tərk etmək məcburiyyətində qalıb.

2015-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Svetlana Aleksiyeviç bazar ertəsi Almaniyaya gedib. Şuranın digər üzvü Maksim Znak bu ayın əvvəlində həbs edilib və sentyabrın 18-dən bəri aclıq aksiyası keçirir.

Həm ABŞ, həm də Avropa İttifaqı seçkilərin azad və ədalətli olmadığını bəyan edib. Bir sıra Avropa ölkəsi bu həftənin əvvəlindəki gizli inaqurasiya mərasimindən sonra Lukaşenkonu tanımaqdan imtina edib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG