Accessibility links

Belarusda etiraz edən tələbələr maskalı şəxslər tərəfindən saxlanılıblar


Şənbə günü Belarusda maskalı təhlükəsizlik işçiləri Prezident Aleksandr Lukaşenkonun əleyihnə etiraz edən tələbələri küçə boyu sürüyüb, maşınlara doldurublar.

Rusiyanın TASS xəbər agentliyi Minks polisinə istinadən, icazə verilməmiş etirazda iştirak etdiklərinə görə 30 nəfərin saxlandığını bildirib.

Müxalifəti təmsil edən ağ və qırmızı bayraqlara bürünən tələbələr paytaxtın bir neçə yerində, o cümlədən polisin cümə günü beş nəfəri həbs etdiyi Minsk Dövlət Dilçilik İnstitutunun önündə etirazlar təşkil ediblər.

Bundan əlavə maskalı şəxslər Minskin mərkəzi Karl Marks küçəsində yerləşən yeməkxanada toplaşan tələbələri aparıblar. TUT.BY xəbər agentliyin məlumatına görə, orada bəzi etirazçılar “tribunal” şüarını səsləndiiblər.

Daha sonra gündüz saatlarında minlərlə qadın Minskin mərkəzində ayrı bir bir yürüş keçiriblər və “əllərinizi uşaqlardan çəkin” şüarını səsləndiriblər.

Keçmiz kolxoz sədri olan Lukaşenko ötən ay əleyhdarlarının saxtalaşdırıldığnı iddaı etdikləri seçkidə altınc dəfə prezident seçilməsindən sonra baş verən kütləvi etiraz və tətil dalğasını dayandıra bilməyib. O seçkinin saxtalaşdırıldığını inkar edir.

Lukaşenko daha öncə koroanvirus pandemiyasının əhəmiyyətini kiçildərək, vodka içmək və sauna qəbul etməklə müalicə oluna biləcək “psixoz” adlandırmışdı.

Lakin şnbə günü etirazçıları xəstəliyi yaydıqlarına görə danlayıb.

XS
SM
MD
LG