Accessibility links

Belarusda on minlərlə insan “Azadlıq yürüşü”nə qatılıb


Belarus paytaxtı Minskdə ölkənin uzun müddətdir lideri olan Aleksandr Lukaşenkonun mübahisəli seçkilərdə yenidən seçildiyi elan oluduqdan bir həftə sonra rəqib tərəflərin nümayişləri keçirilib.

Seçkilərin legitimliyini sual edən on minlərlə nümayişçi müxalif namizəd Svetlana Tixanovskayanın çağırışı ilə “Azadlıq yürüşü”nə qatılıb.

Eyni zamanda, bazar günü yeni seçkilər keçirməyəcəyini bildirən Lukaşenkoya dəstək məqsədilə onun minlərlə tərəfdarı nümayişdə iştirak edib.

Belarus paytaxtı Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko tərəfdaları nümayiş keçirir
Belarus paytaxtı Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko tərəfdaları nümayiş keçirir

Kütlə qarşısında danışan Lukaşenko seçki saxtakarlığı ilə bağlı iddiaları rədd edib və iğtişaşlara görə xarici təsiri günahlandıraraq, NATO-nun Belarus sərhədlərində silah cəmləşdirdiyini iddia edib.

Belaruslar paytaxt Minskdə seçki rəsmilərinin ölkəni uzun müddətdir idarə edən avtoritar prezident Aleksandr Lukaşenkonun avqustun 9-da keçirilmiş prezident seçkisində 80 faizdən çox səs alaraq, qələbə çaldığını elan etməsindən sonra nümayişlər keçirir. Belarus seçki rəsmiləri əsas müxalif namizəd Svetlana Tixanovskayanın səslərin 9.9 faizini aldığını elan edib.

Bu arada, Belarusun Slovakiyadakı səfiri İqor Leşenya şənbə günü Belarusun Naşa Niva mediası tərəfindən yayımlanan videoda nümayişçilərə dəstək bildirib.

Belarus paytaxtı Minskdə "Azadlıq Yürüşü"
Belarus paytaxtı Minskdə "Azadlıq Yürüşü"

Şənbə günü paytaxt Minskdə on minlərlə insan Tixanovskayanın həftə sonu nümayişləri və Lukaşenkonun 1994-cü ildən 26 illik hakimiyyəti üçün ən böyük sınaq olan hərəkatı davam etdirmək çağırışını dinləyərək küçələrə çıxıb.

Nümayişçilər verilişlərin Lukaşenkonun xeyrinə qərəzli olması və etirazların təhrif olunmuş şəkildə işıqlandırılmasından şikayət edərək, Belarusun dövlət televiziya mərkəzi istiqamətində irəliləyblər.

Televiziya mərkəzinin təxminən 100 işçisi bazar ertəsi günü tətil keçirməyi planlaşdırdıqlarını bildirərək nümayişçilərə qoşulub.

İstefa tələbləri ilə hakimiyyəti üçün ən ciddi sınaqla qarşılaşan Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti apararaq, Moskvadan yardım istəyib. Lukaşenko vəziyyətin “təkcə Belarus üçün təhlükəli olmadığını” deyib.

Şənbə günü telefon söhbətindən sonra Kreml bazar günü Lukaşenko və Putinin Belarusda vəziyyətin müzakirəsini yeni telefon söhhəti zamanı davam etdirdiyini bildirib.

Kremlin açıqlamasında deyilir ki, Rusiya prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenkoya Moskvanın lazım gələrsə kollektiv təhlükəsizlik müqaviləsi çərçivəsində Belarusa kömək etməyə hazır olduğunu bildirib.

XS
SM
MD
LG