Accessibility links

Belaruslu atlet məşqçilərini tənqid etdiyinə görə Tokioda hava limanına aparılıb


Belaruslu Olimpiya idmançısı sosial mediada məşqçiləri barədə şikayət etdiyinə görə Belarusa geri göndərilmək üçün istəmədiyi halda Tokio hava limanına aparılıb.

Atlet Kristsina Tsimanovskaya bazar günü bildirib ki, o, təyyarəyə minməmək üçün Haneda hava limanında Yaponiya polisinə müraciət edib.

Tsimanovskaya Belarusa dönmək istmədiyini bildirib və Beynəlxalq Olimpiya Komitəsinin “müdaxilə etməyə” çağırıb.

Tsimanovskayanın bazar ertəsi qadınlar arasında 200 metr məsafəyə qaçışda yarışacağı gözlənilirdi, lakin o deyib ki, onun məşqçi heyəti onun əşyalarını toplamasına göstəriş verib və daha sonra onu hava limanına aparıb.

Tsimanovskaya sosial mediada iddia edib ki, o, iyulun 29-da Belarus rəsmiləri tərəfindən qısa xəbərdarlıq nəticəsində 400 metr məsafəyə qaçış yarışına daxil edilib, çünki onun komanda üzvlərinin bəzilərinin yarışa hazır olmadıqları aşkar olunub.

Belarusun Olimpiya Komitəsi bəyanat yayaraq bildirib ki, Tsimanovskyaya həkimin onun “emosional və psixi vəziyyəti” ilə bağlı məsləhəti əsasında oyunlardan geri çəkilib.

Tsimanovskayanın Avstriyadan siyasi sığınacaq istəməyi planlaşdırdığı deyilir.

XS
SM
MD
LG