Accessibility links

Belarusun post-Sovet iqtisadiyyatı [Video]


Belarusun post-Sovet iqtisadiyyatı
please wait

No media source currently available

0:00 0:01:59 0:00

Sovet İttifaqı boyunca Belarus bu il 70 illiyini qeyd edən dövlətə məxsus Minsk Traktor Zavodunda traktor istehsal etməklə məşhur idi. 25 il öncə dekabr ayında SSRİ-nin dağılmasından sonra Belarus dövlət kapitalizmi iqtisadi modelində islahat aparmağa çalışıb. Tənqidçilər bu iqtisadi modelin artıq iflasa uğradığını deyir. Amma yerli yüksək texnoloji yeniliklər artıq qlobal bazarlara yol tapır.

Minsk Traktor Zavodu 1946-cı ildə təsis edilib və dövlətin yardımı ilə Sovet İttifaqının süqutundan sonra fəaliyyətini davam etdirə bilib.

2016-cı ildə Belarus islahatlar həyata keçirməyib, ona görə də, bir cür çətinliklərin öhdəsindən gələcəyinə inanır. Amma istehsalçıların işləmə tərzindən, vəziyyətdən, iş bazarından gördüyümüz kimi, işlər pisləşir.
Yaroslav Romançuk

“O, məhsuldarlıq baxımından post-Sovet ərazisində qalan ən böyük zavoddur. Ona görə də, zavodun iqtisadiyyata töhfəsinin çox böyük olduğunu demək olar,” deyə Minsk Traktor Zavodunun direktor müavini Adrey Suslenkov bildirir.

Tənqidçilər deyir ki, Belarus inflyasiya və tənəzzül edən iqtisadiyyatla mübarizə apardığı bir vaxt, dövlət kapitalizmi modeli də iflasa uğrayır.

“2016-cı ildə Belarus islahatlar həyata keçirməyib, ona görə də, bir cür çətinliklərin öhdəsindən gələcəyinə inanır. Amma istehsalçıların işləmə tərzindən, vəziyyətdən, iş bazarından gördüyümüz kimi, işlər pisləşir,” deyə Elmi araşdırma mərkəzindən Yaroslav Romançuk bildirir.

Minsk Traktor Zavodunun işçi qüvvəsi Sovet dönəmlərindəki ilkin 30 minlə müqayisədə azalsa da, Belarusda ən böyük işəgötegrənidir.

“Hazırda orada 18 min insan çalışır. Zavod bağlandığı təqdirdə nə qədər insanın işsiz qalacağını təsəvvür edirsiniz? İnsanlar təşvişə düşməyə başlayacaq. Etiraz yürüşləri, hətta müharibə belə ola bilər,” muzey kuratoru Aminya Baitasova deyir.

Keramika zavodu
Keramika zavodu

Lakin Belarus yüksək texnologiya və World of Tanks proqramı kimi yeniliklərlə qlobal bazara yol tapmağa çalışır.

wargaming.net saytının meneceri Anastasiya Zaytsevanın dediyinə görə, “yüksək texnologiya parkı Belarus Respublikasında IT şirkətlərinin inkişafı üçün vergi imtiyazları, eləcə də bu sahədə çalışan işçilər və biznesin inkişafı üçün əlverişli mühit kimi əlavə imkanlar irəli sürür."

Onlayn oyun şirkəti fəaliyyətə Minskdə başlasa da, bütün dünyada 110 milyondan çox həvəskar toplayıb.

XS
SM
MD
LG