Accessibility links

Belarusun Ukrayna ilə sərhədində bir çox uşaq xroniki radiasiya xəstəliyi ilə yaşayır


Belarusun Ukraynayna ilə sərhədində bir çox uşaq xroniki radiasiya xəstəliyi ilə yaşayır
please wait

No media source currently available

0:00 0:02:13 0:00

1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasındakı reaktorun partlamasından sonra Belarusun Ukraynayna ilə sərhədində bir çox uşaq xroniki radiasiya xəstəliyi ilə yaşayır. Pandemiyanın səbəb olduğu başqa bir çirklənmədən xilas ola bilməyən uşaqlar bu il məktəbə qayıtmalı olub.

Belarusun cənubunda insanlar 30 il əvvəl Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzadan sonra radiasiya çirklənməsi ilə yaşamağa öyrəşiblər.

Kənd təsərrüfatının olduğu bu bölgədə məhsul çirkli torpaqlarda yetişir. Ailələr ayda orta hesabla 150 dollar qazanır və yoxsulluq uşaqları öz becərdikləri məhsulları yeməyə məcbur edir ki, bu da sağlamlıq üçün risk deməkdir. Tatyana Georgiyevna "Çernobıl qəzasından sonra bütün ərazini yoxlamaq mümkün olmadı və hər yerdə, eləcə də burada radiasiya olduğu ortaya çıxdı. Tamamilə təmiz sahələr yoxdur və havanı saxlaya bilməzsən."

2020-ci ildən bəri COVID radiasiya təhlükəsini daha da artırıb. Pandemiya məhdudiyyətləri səbəbindən iki ildir uşaqlar yay tətilində Avropanın müxtəlif yerlərinə səyahət edə bilmir.

Buradakı uşaqlar tətillərini çox vaxt bölgə xaricində, Avropada yaşayan ailələrin yanında keçirirdi ki, yardım qrupları bunun onların sağlamlığı üçün vacib olduğunu deyir.

Bu uşaqların səyahətini Amaya Aretsaqanın başçılıq etdiyi İspaniyanın Çernobıl Uşaqları Federasiyası yardım qrupu təşkil edir. Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə, çirklənmiş torpaqdan uzaqlaşmaq bu uşaqların həyatını xilas edə bilər. Çerbobıl Uşaqları Fondundan Amalya Arethaqa "Bununla biz çox şey deyirik. Uşaqlıqda xərçəngdən əziyyət çəkmə ehtimalı əhəmiyyətli dərəcədə azalır."

Yoxsulluq və radiasiya ilə yanaşı çox vaxt valideynlərin spirtli içkiyə aludəsi səbəbindən dağılmış ailələrdə yaşamaq bu uşaqların bəzilərinin həyatını daha da ağırlaşır. Spirt içki sindromu halları burada tez-tez baş verir. "Spirtli içkinin ana bətnindəki körpəyə təsiri məlumdur. Spirtli içki hamiləliyə böyük təsir edir" - deyə, Amalya Arethaqa bildirir.

Spirtli içkiyə aludə anası tərəfindən atılan və əmiləri tərəfindən övladlığa götürülən Maksim kimi uşaqlar ilk aylarını İspaniyada keçirmək ümidiylə yaşayırdı ki, onlar COVID səbəbindən bəlkə daha bir il gözləməli olacaq.

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG