Accessibility links

Brüsseldə keçirilən reydlərdən sonra iki nəfər axtarışdadır


Belçika dövlət ittihamçıları bildirir ki, Brüsseldə mənzildə aparılan reydə baxmayaraq iki şüphəli hələ də axtarışdadır.

Çərşənbə günü mətbuat konfransında çıxış edən rəsmilər deyib ki, reyd zamanı öldürülən şüphəlilərdən biri 1980-ci il təvəllüdlü Əlcəzair vətəndaşıdır.
Üç Belçika və bir fransız polis zabiti Forest rayonunda mənzildə aparılan axtarış zamanı yaralanıblar.

Ağır atışma

Polis rəsmiləri bildirib ki, mənzildə reyd zamanı iki şəxs Kalaşnikov avtomatdan onlara atəş açıb.

Rəsmilər həmçinin deyib ki, onların həbs etdikləri iki nəfərdən biri ayağı qırıldığı üçün Brüssel yaxınlığındakı xəstəxanaya yerləşdirilib. Onlar bu şəxslərin atəş açanlarla əlaqələri olub-olmadığını araşdırır.

Mənzildə aparılan axtarışdan sonra polis rəsmiləri bildirib ki, onlar Kalaşnikov avtomatı, İslam Dövləti qrupunun bayrağı və İslamda cihadın mühümlüyünü iddia edən dini kitab aşkar ediblər.

Axtarış aparılan mənzilin həyətində də həmçinin iki Kalaşnikov avtomatı və qara gödəkçə tapılıb.

Paris hücumları ilə əlaqə


Terrorçuluğa qarşı reydin 130 nəfərin ölümünə səbəb olan noyabr ayının 13-də baş vermiş silsilə Paris hücumları ilə bağlantısı olduğu deyilir.

Belçika təhlükəsizlik qüvvələri şüphəlilərin və hücumda əli olan militantların axtarışında idi.

Noyabr ayından bu yana Belçikada hücumda əli olan 11 nəfər həbs olunub və 8 nəfər hələ də axtarışdadır.

Əsas şüphəlilərdən biri Brüsseldən olan 26 yaşlı Salah Əbdüsalam axtarışda olaraq qalır. Belçika mediasının yaydığı məlumata əsasən çərşənbə axşamı günü keçirilən reyddə Əbdüsalam əsas hədəf olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG