Accessibility links

Belçikada 12 terror şübhəlisi ələ keçirilib


Belçika polisi dünən gecə saatlarında onlarla evdə apardığı reydlərdən sonra 12 terror şübhəlisini ələ keçirib. Bu barədə federal prokurorluq idarəsinin yaydığı bəyanatda deyilir.

Prokurorluq idarəsi bildirib ki, polis çoxu Brüssel və ətrafında 16 rayonda axtarış aparıb. Polislər 40 nəfəri sorğu-sual etdikdən sonra 12 nəfəri həbs edib.

Bəyanatda deyilir ki, polisin reydi zamanı heç bir ciddi insident yaşanmayıb.

Xatırladaq ki, mart ayında 32 nəfərin həyatına son qoyan Brüssel hava limanına və metroda hücumdan sonra ölkədə hələ də terrorla bağlı təhlükəsizlik tədbirləri ən yüksək həddə çatdırılıb.

XS
SM
MD
LG