Accessibility links

Belçikada turist avtobusu qəzaya uğrayıb


Belçika turistlərini xizək kurortundan qaytaran avtobus dünən İşveçrədəki tuneldə qəzaya uğrayıb. Hadisə zamanı 22-si uşaq olmaqla, 28 nəfərin öldüyü deyilir. Qəzanın İtaliya ilə sərhəd yaxınlığındakı Vale regionunda baş verdiyi, 24 nəfər yaralının xəstəxanaya çatdırıldığı, iki sürücüdən birinin öldüyü bildirilir.

Polis içərisində 52 nəfər olan avtobusun tunelin divarına güclü dəydiyi, bunun isə ön sırada oturan sərnişinlərin ölümünə səbəb olduğunu bildirib.

Belçikanın hadisə yerinə səfər edəcəyini bildirən baş naziri Elio Di-Rupoqəzanın bütün ölkənin kədərinə yol açdığını deyib.




XS
SM
MD
LG