Accessibility links

Brüssel hücumlarının Xalid və Brahim Əl-Bakroi qardaşlarının həyata keçirdiyi təsdiq edilib (Yenilənir)


Belçikanın federal prokuroru Frederik Van Leeu digər iki hücumçunun 27 və 30 yaşlarında Xalid və Brahim Əl-Bakroi qardaşları olduqlarını təsdiq edib.

Bu gün Brüsseldə insanlar aeroportda həyata keçirilən bomba hücumu zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla andığı vaxt, Belçika mətbuatı hücumda əli olmaqda şübhəli bilinən şəxsin həbs edildiyini bildirib.

Soyuq və üzərində qara buludlar olan Brüsselin Place de la Bourse meydanı çiçək və xatirə hədiyyələri ilə gələn insanlarla dolu idi. Meydana toplaşan insanlar ölənlərin xatirəsini sükutla andıqdan dərhal sonra həmrəylik nümyiş etdirərək, əl çalmağa və şuarlar səsləndirməyə başlayıb. "Yaşasın belçikalılar!" şüarı gurultulu alqışlarla qarşılanıb.

Xalid Bakroi
Xalid Bakroi

​Bu arada Belçika mətbuatı çərşənbə axşamı Brüsseldə 34 nəfərin ölümü ilə nəticələnən bomba hücumlarında şübhəli bilinən şəxsin ələ keçirildiyi barədə xəbər yayıb.

İlkin məlumatlarda 25 yaşlı Nacim Laakroi adlı şəxsin axtarışda olduğu bildirilmişdi.

Məlumatlarda Laakroinin Brüsselin Anderleçt bölgəsində ələ keçirikdiyi deyilir. Onun hələ Brüsseldəki bomba hücumlarından əvvəl axtarışda olduğu bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG