Accessibility links

Belçikada "terror aktı" hazırlamaqda şübhəli bilinən 7 nəfər həbs edilib


Belçikanın Gent şəhəri
Belçikanın Gent şəhəri

Prokurorların bildirdiyinə görə, Belçika polisi cümə axşamı İslam Dövləti qruplaşmasına dəstək verməkdə və "terror aktı" hazırlamaqda şübhəli bilinən 7 nəfəri həbs edib.

Prokurorların açıqlamasında deyilib ki, şübhəlilərin demək olar ki, hamısı etnik çeçendir və onlardan üçü Belçika vətəndaşıdır.

"Planlaşdırılan hücumun dəqiq hədəfi hələ müəyyən edilməyib" - deyə, məlumatda bildirilib.

Terror işləri üzrə ixtisaslşan hakimin rəhbərlik etdiyi əməliyyat zamanı polis elit qüvvələrinin yardımı ilə Belçikanın qərbindəki bir neçə şəhərdə reyd keçirib.

Hakim şübhəlilərə qarşı ittiham irəli sürmək üçün kifayət qədər dəlil olub-olmadığına daha sonra qərar verəcək. "Mümkün ittihamlar - sui-qəsd cəhdi, terror qruplaşmalarının fəaliyyətində iştirak və terror aktı hazırlamaqdır" - deyə, məlumatda bildirilib.

Prokurorlar həbs olunan yeddi nəfərin hamısının Belçikada terror aktı hazırlamaqda şübhəli bilindiklərini, onların hamısının "İŞİD-in qatı tərəfdarları qrupuna aid" olduqlarını deyib.

Federal Prokurorluğun sözçüsü Erik Van Duys France Press xəbər agentliyinə bildirib ki, "onlar Belçikada yerləşən bir qurumu hədəf almaq niyyətində idi" və "təcili silah axtarırdı".

Polis reydləri Gent və kiçik Ruzelare, Menen, Ostend və Vevelgem şəhərlərində keçirilib.

İslam Dövləti qruplaşması 2016-cı il martın 22-də 32 nəfərin ölümü və yüzlərlə insanın yaralanması ilə nəticələnən Brüsselin hava limanı və paytaxtın metrosunu hədəf alan intiharçı hücumlarına görə məsuliyyəti öz üzərinə götürmüşdü.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG