Accessibility links

Prezident Obama Brüsseldə NATO və Aİ rəsmiləri ilə görüşür


Birləşmiş Ştatlar prezidenti Barak Obama Avropa İttifaqı və NATO rəsmiləri ilə Rusiyanın Krımı ilhaqı ilə bağlı müzakirələr aparmaq üçün Brüsselə səfər edir. Brüsselə bu gün səhər çatan prezident Obama yığıncaqdan əvvəl 100 il əvvəl, Birinci Dünya Müharibəsi zamanı Avropanı xilas etmək üçün savaşmış amerikalıların dəfn olduğu Flander's Çölünə gedib.

Cənab Obama abidəyə əklil qoyarkən deyib ki, proqres üçün ödədiyimiz bədəli heç vaxt unutmamalıyıq. O, azadlıq, ləyaqət və insan ruhunun təntənəsi üçün Belçika ilə Birləşmiş Ştatların çiyin-çiyinə dayandığını deyib.

NATO-dakı yığıncaqda cənab Obama Birləşmiş Ştatların müttəfiqlərinə dəstəyini ifadə edəcək və onları təcili olaraq Ukrayna hökumətinə yardım göstərməyə çağıracaq.

ABŞ prezidenti Roma Papası ilə görüşmək üçün Belçikadan İtaliyaya gedəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG