Accessibility links

Belçikada qatar qəzası


Bazar günü gecə Belçikanın şərqində yüksək sürətlə gedən sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində 3 nəfər ölüb.

Belçika mediasının bıldirdiyinə görə, 40 nəfərin yaralandığı qəza ölkənin şərqi Lic vilayətinin Myus çayı yaxınlığındakı Hermel-sus-Hoy məntəqəsində baş verib. Rəsmilər hər iki qatarın eyni xətdə getdiyini deyib.

Yerli medianın yayımladığı məlumatda deyilir ki, saatda 90 km sürətlə gedən sərnişin qatarı yük qatarının arxa vaqonları ilə toqquşub, nəticədə yük qatarının iki vaqonu dəmir yolu xəttindən çıxıb.

Dağıntılar altında qalan sərnişinlərin xilasının bir neçə saat çəkdiyi bildirilib.

XS
SM
MD
LG