Accessibility links

Belqradda yüzlərlə insan prezidentə qarşı etiraz edir


Serbiyada yüzlərlə insan cümə axşamı paytaxt Belqradın küçələrinə axışaraq ölkə prezidenti Aleksandr Vuçiç əleyhinə nümayiş keçirib.

“Vətəndaşların Müqaviməti” adlı hərəkatın etirazçıları Vuçiçi demokratik azadlıqları məhdudlaşdırmaqda ittiham edir.

“Biz hökümətimizə qarşı qəzəbli olduğumuza, onların bizə son iki ay və hətta daha uzun müddət ərzində etdiklərinə görə buradayıq”, etirazçı Bilicana Stockoviç bildirib.

“Bu, açıq repressiyadır və biz diktaturada yaşadığımızı düşünürük. Bu, təkcə COVID-19-la əlaqədar deyil, bu, ölkədə baş verən hər şeylə əlaqədardır”, o əlavə edib.

Prezident Aparatının binası önündə etiraz rəsmilər COVID-19-un yayılmasının qarşısını almaq üçün tətbiq olunan məhdudiyyətləri aradan qaldırdıqdan bir gün sonra təşkil edilib.

Nümayiş zamanı iştirakçılar bəzi müxalifət liderlərinin başçılığı ilə binanın girişinə daxil olmağa çalışıb. Mühafizəçilər onların qarşısını almayıb.

Tənqidçilər Vuçiçi koronavirus pandemiyası səbəbilə tətbiq olunan fövqəladə vəziyyətdən gələn ay keçiriləcək ümummilli seçkilərdən öncə hakimiyyətini gücləndirmək üçün istifadə etməkdə ittiham edir. Vuçiç ittihamları rədd edir.

Bəzi müxalif partiyalar ölkədə azadlıq və ədaləti sual edərək iyun seçkisini boykot edəcəklərini elan edib.

Müxalifət həmçinin Vuçiçi əsas mediaya nəzarət etməkdə və tənqidi səslərin eşidilməsinə imkan verməməkdə günahlandırır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG