Accessibility links

Senator Ben Cardin və vəkil Amal Kluni Xədicə İsmayılovanın işini müzakirə edib


Senator Ben Cardin və vəkil Amal Kluni
Senator Ben Cardin və vəkil Amal Kluni

“Mənim Amal Kluni ilə çox məhsuldar söhbətim oldu və onun insan haqqlarına olan sevdasına və sədaqətinə heyranam."

Bu barədə senator Ben Cardin facebook səhifəsində yazıb.

“Amal Kluni ilə bir sıra məsələlər barədə, eyni zamanda Azərbaycanda yeddi il uydurma ittihamlarla həbsdə olan siyasi məhbus və jurnalist Xədicə İsmayılova barədə müzakirə apardıq", senator bildirib.

Xədicə İsmayılova 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Lakin o, ittihamları qəbul etmir və korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirir.

“Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatı Xədicə İsmayılovanı "vicdan məhbusu" elan edib.

Araşdırmaçı jurnalist Xədicə İsmayılovanın hüquqlarını Avropa İnsan Hüquqları Məhkəməsində Amal Kluni və Nani Yansen müdafiə edirlər. Onlar öz rəylərini Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim ediblər.

Vəkillər hesab edir ki, Xədicə İsmayılova ölkə rəhbərliyinin korrupsiya hallarını ifşa etdiyinə görə, təqiblərə məruz qalıb və həbs olunub. Əslində jurnalistin təqib və həbs edilməsinə heç bir hüquqi əsas olmayib

Xədicə.İsmayılovaya münasibətdə Avropa İnsan Haqları Konvensiyasının 5 (azadlıq və toxunulmazlıq hüququ), 6 (ədalətli məhkəmə), 10 (ifadə azadlığı), 13 (müdafiə hüququ), 14 (diskriminasiyanın qadağan edilməsi) və 18-ci (hüququn məhdudlaşdırılması) maddələrinin pozulduğu məhkəmə ərizəsində qeyd olunub.

XS
SM
MD
LG