Accessibility links

Ben Karson Donald Trampa dəstək ifadə edib


ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd Ben Karson rəqibi Donald Trumpa dəstək bildirib.

Karson bunu bu gün Florida ştatında Trumpla keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

O, Trump-ı Amerikanın qayğısına qalan ağıllı insan adlandırıb.

Ben Karson namizədlik uğrunda mübarizəni 1 həftə əvvəl tərk etmişdi.

Bundan əvvəl Nyu-Cersi ştatının qubernatoru Kris Kristi də Trumpa dəstək bildirmişdi.

Respublikaçılar və Demokrat partiyaları gələn cümə axşamı Florida və daha 4 ştatda praymerilər keçirəcək. Bu, ilkin seçkilərdə daha bir mühüm günlərdən biri hesab edilir.

XS
SM
MD
LG