Accessibility links

Roma Papası XVI Benedikt VİDEO


Katolik Kilsəsinuin 600 illik tarixində ilk dəfə olaraq, Roma Papası XVI Benedikt vəzifəsindən istefa verdiyini bəyan edib. Populyar Papa II Con Polun davamçısı olaraq vəzifəsinin icrasına başlayanda Roma Papası Benedikt çətin bir yola qədəm qoymuşdu. Bəziləri onun gəlişinə sevindiyini, digərləri isə narazılığını bildirdi.

Roma Papası - Cozef Ratzinger 1927-ci ildə Almaniyanın kiçik bir şəhərində anadan olub. Onun atası polis zabiti olub. Gənc ikən o, seminariyada təhsil alıb. Özünün dediyinə görə, II Dünya Müharibəsi zamanı o, Hitler-Gənclər təşkilatına üzv olmağa məcbur olub və müharibə sona çatmazdan az əvvəl oradan qaçıb.

1951-ci ildə keşiş olduqdan sonra o, ilahiyyat dərsləri tədris etməyə başlayıb. Kilsə ierarxiyasında yüksəldikcə, onun baxışları da mühafizəkarlaşıb.

2005-ci ildə Roma Papası vəzifəsinə təyin ediləndə onun ilk mesajı təvazökarlıq idi: “Kardinallar məni, Allahın üzüm tarlasında çalışan sadə bir şəxsi belə bir ali vəzifəyə seçdilər. Mən özümü sisin dualarınıza tapşırıram."
Vaxtaşırı Roma Papası Benedikt kəskin çıxışlar edirdi. 2006-cı ildə Almaniya universitetində etdiyi çıxışı zamanı orta əsrlər imperatorundan misal gətirdi. “Məhəmmədin gətirdiyi yeniliyi mənə göstərin. Orada siz dinin qılınc gücünə qəbul edilməsi kimi qəddarlıq və insanlıqdan uzaq əmrlər görərsiniz.”

Onun çıxışına dərhal kəskin reaksiyalar verildi. Lakin elə həmin il Roma Papası Türkiyəyə səfər etdi və Mavi Məsciddə dua etdi. Sonrakı illərdə isə o, müsəlman və ərəb lideləri ilə görüşdü.

Onun vəzifəsini icra etdiyi müddətdə kilsədə seksual istismar ətrafında skandallar geniş yayıldı. 2010-cu ildə Papa bütün bunlara görə üzr istədi və belə hadisələrin bir daha təkrar olunmayacağına söz verdi. “Biz Allahdan və zərər çəkənlərdən əvf diləyirik və söz veririk ki, bir daha belə, zorakı hadisələrin baş verməsinə imkan verməyəcəyik.”

Roma Papası Benedikt özünün mühafizəkarlığı ilə tanınırdı. O, aborta, homoseksuallara və hamiləliyin qarşısını alan dərmanlara qarşı çıxışlar edirdi. Hətta o deyib ki, prezervativdən QİÇS xəstəliyi yayılmasın deyə, yalnız fahişələr istifadə edə bilər.

Bütün bunlarla yanaşı, Papa keçən ilin dekabr ayında Katolik kilsəsinə yenilik gətirdi, rəqəmsal texnologiyadan istifadə edərək, özünün ilk Twitter səhifəsini işə saldı. O eləcə də, ətraf mühitlə bağlı narahatlığını nümayiş etdirərək, Vatikana ilk elektrik avtomobil gətirdi.

XVI Benedikt papalığının ilk dönəmində davamlılığın təmsilçisi kimi görünürdü. Bundan sonra isə tarix onuin Kilsədə buraxdığı izi dəyərləndirəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada universitet kampusuna silahlı hücum edilib - ölənlər var
please wait

No media source currently available

0:00 0:12:06 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG