Accessibility links

Benqazidə bomba partlayışı 9 adamın ölümünə səbəb olub


Liviya rəsmilərinin bildirdiyinə görə, Benqazi şəhərində maşına yerləşdirilmiş bomba partlayışı 9 adamın ölümünə səbəb olub.

Partlayış xəstəxana yaxınlığındakı parkinqdə baş verib. Nəticədə 9 adam xəsarət alıb.

Hadisə ilə bağlı ətraflı məlumat verilməyib.

Müəmmar Qəzzafinin devrilməsindən iki il keçsə də, Liviyada zorakılıqlar ara vermir.

Cümə günü Benqazidəki iki polis məntəqəsi yaxınlığında bomba partlayışları olub.
XS
SM
MD
LG