Accessibility links

Benqazi yaxınlığında partlayış


Liviya rəsmiləri deyir ki, Benqazi yaxınlığındakı hərbi yoxlanış məntəqəsinin qarşısında içərisi bomba ilə dolu yük maşınının partlaması nəticəsində 13 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Ölənlərin çoxu əsgərlər və təhlükəsizlik personalının üzvləridir.

Hüquq-mühafizə rəsmilər deyir ki, hücum Liviyanən ikinci ən böyük şəhəri olan Benqazinin təxminən 50 kilometr şərqində baş verib.

Son aylar hərbçilərə və polislərə qarşı avtomobillərlə keçirilən bomba hücumlarının sayı artıb.

Benqazi şəhəri 2011-ci ildə hakimiyyətdən devrilmiş uzun müddətli diktatoru Müəmmar Qəzzafiyə qarşı mübarizə aparan üsyançı briqadalarının istehkamı olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG