Accessibility links

Benqazidə müharibənin küllərindən alış-veriş mərkəzləri doğur


Benqazidə müharibənin küllərindən alış-veriş mərkəzləri doğur
please wait

No media source currently available

0:00 0:02:34 0:00

Benqazinin keçmiş mərkəzi dağıntılar içərisindədir, lakin müharibənin dağıtdığı Liviyadakı bu şəhərin bir küçəsində Dubay və İstanbuldakı dəbdəbəli idman və dəb mağazaları açılıb.

Xarici brendlər sakinlərin üç illik müharibədən sonra yenidən alış-veriş etmək istəklərini qarşılamağa çalışır. Müharibə zamanı isə onların ağıllarında sadəcə yanacaq almaq və təhlükəsiz ərazilərdə qalmaq vardı.

İnsanlar hər şeylə bağlı daha geniş perspektivə sahibdir. Onlar alış-veriş etmək istəyir. Onlar brendləri görmək istəyir. Ümid edirəm ki, biz bir gün Parisdəki Şanzelize kimi olacağıq
Əhməd Əl Orfi

Xəlifə Həftarın Liviya Milli Ordusu ilə onun əsasən islamçılardan ibarət əleyhdarları arasında döyüş Benqazi limanlarının bağlanmasına gətirib çıxardığı üçün idxallar məhdudlaşdırılmışdı.

Lakin 2017-ci ildə münaqişənin başa çatması ilə mağazalar yenidən açıldı və Venis küçəsi öz dəbdəbəli mağazaları və gözəl kafeləri ilə şəhərə bir növ zəngin istehlakçılığını geri gətirdi.

“Biz mağazanı müharibədən öncə açdıq, lakin daha sonra baş verən dağıntılardan sonra biz bir müddət bağlandıq. Müharibə bitəndən sonra biz yenidən açıldıq və şükür Allaha digər mağazalar da açıldı. İqtisadiyyat bir az canlanıb və bizim müştərilərimiz var. Şükür Allah, hətta satışlar belə artır. Müharibə vaxtı bunların heç biri yox idi”, geyim mağazasında çalışan Əhmən Xarovata bildirir.

Bura üzərlərində İkinci Dünya Müharibəsi dövründən qalan güllə izləri olan binaların yerləşdiyi şəhərin digər hissələrindən fərqlənir.

Sabiq lider Müəmmar Qəddafi hakimiyyətdəki 42 il ərzində Benqazidəki siyasi müqavimət səbəbilə şəhərin yerləşdiyi Liviyanın şərqi hissəsinə laqeydlik göstərib. İndiki Venis küçəsi isə Qəddafinin 2011-ci ildə hakimiyyətdən devrilməsinə qədər çöllük idi.

Sakinlərin bank hesablarında pulları var, çünki insanların çoxu dövlət üçün işləyir, lakin bu, onlarda nağd pulun olduğu demək deyil, çünki ölkədə əsginas çatışmazlığı var.

Benqazidə Venis küçəsində yerləşən mağaza
Benqazidə Venis küçəsində yerləşən mağaza

Bəzi mağazalar çeki əlavə pula qəbul edir, çünki çeklər yalnız qara bazarda nağd pula çevrilə bilir.

Yeni moda mağazasını idarə edən Əhməd Əl Orfi deyir ki, onun Venis küçəsi ilə bağlı böyük ümidləri var.

“İnsanlar hər şeylə bağlı daha geniş perspektivə sahibdir. Onlar alış-veriş etmək istəyir. Onlar brendləri görmək istəyir. Ümid edirəm ki, biz bir gün Parisdəki Şanzelize (Yelisey Çölləri) kimi olacağıq”, o deyir.

XS
SM
MD
LG