Accessibility links

Benyamin Netanyahu: İranın Yaxın Şərqdəki proseslərə müdaxiləsi kütləvi qaçqın axınına səbəb ola bilər


İsrailin baş naziri 3 Avropa ölkəsinə səfər edərək İrana nüvə silahı proqramına qarşı dəstək toplamağa çalışır.

Almaniya onun səfərinin ilk dayancağı olub. Benyamin Netanyahu Almaniya kansleri Angela Merkellə görüş keçirib. O, kanslerə deyib ki, İranın Yaxın Şərqdəki proseslərə müdaxiləsi kütləvi qaçqın axınına səbəb ola bilər.

Merkellə birgə mətbuat konfransında Netanyahu Tehranın əsasən sünnilərdən ibarət Suriyada dini kampaniya apardığını, sünnilərin şiəliyi qəbul etməsinə çalışdığını bildirib.

İsrail lideri bunun daha bir dini müharibəyə yol açacağ barədə xəbərdarlıq edib.

Angela Merkel Benjamin Netanyahunun İranın Yaxın Şərqdəki fəaliyyətlərinin təhlükəsizlik hədəsi olduğu barədə fikri ilə razılaşıb.

Merkel deyib ki, İranın regiondakı təsiri İsrail üçün təhlükə yaradır.

Bu gün baş nazirin Fransa və sabah isə Britaniyaya gedəcəyi gözlənilir.

Almaniya, Fransa və Britaniya Çin və ABŞ-la birgə İranla 2015-ci il nüzə sazişinə imza atan ölkələrdir.

Donald Tramp ötən ay ABŞ-ın sazişdən çıxdığını bəyan edib.

O, İsrailin İranın nüvə fəaliyyətlərinə dair təqdim etdiyi dəlillərin o ölkənin yalan danışdığını sübut etdiyini deyib. Tramp Tehranın nüvə silahı istehsalı cəhdlərini davam etdirdiyini bildirib.

ABŞ dövlət başçısı nüvə sazişinin tarixdə yol verilən ən böyük fəlakət adlandırıb.

XS
SM
MD
LG