Accessibility links

Benyamin Netanyahu Misir prezidentindən sülh danışıqlarının davam etdirilməsinə yardım etməsini xahiş edəcək

ABŞ prezidenti Barak Obama ilə görüşündən sonra cənab Netanyahu İsraillə Fələstin arasında birbaşa danışıqlara başlanılmasının vaxtının çatdığını demişdi

İsrailin baş naziri Benyamin Netanyahu Misir prezidenti Hüsnü Mübarəkdən fələstinlilərlə sülh danışıqlarının davam etdirilməsinə yardım etməsini xahiş etməyi planlaşdırır. Cənab Netanyahu bu gün kabinetinin həftəlik yığıncağında deyib ki, o, Misir prezidenti ilə gələn həftənin çərşənbə axşamı görüşəcək. Keçən həftə Vaşinqtonda ABŞ prezidenti Barak Obama ilə görüşündən sonra cənab Netanyahu müxbirlərə İsraillə Fələstin arasında birbaşa danışıqlara başlanılmasının vaxtının çatdığını demişdi.

Bundan əvvəl Birləşmiş Ştatların Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçel İsraillə fələstinlilər arasında bir neçə dəfə vasitəli danışıqlar keçirmişdi.

XS
SM
MD
LG