Accessibility links

Benyamin Netanyahunun xanımı ictimai fonddan 100 min dollarlıq vəsaiti xərcləməkdə ittiham edilir


İsrailin baş naziri Benyamin Netanyahunun xanımı ictimai fonddan 100 min dollarlıq vəsaitin dünyanın ən məşhur aşpazlarına sifariş etdiyi yeməklərə xərcləməkdə ittiham edilir.

Baş nazirin ittihamda adı hallanmasa da, bu, İsrailin uzunmüddətli liderinin utancına səbəb olmaqla yanaşı, onun əvvəlki qanuni problemləri yenidən gündəmə gətirə bilər.

Netanyahunun son aylar ABŞ-ın İranla nüvə sazişindən çıxmasına və ABŞ-ın Tel-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi ona qarşı irəli sürülən korrupsiya ittihamlarını arxa plana çəkib.

Sara Netanyahu ekstravaqant həyat tərzi və qəddar davranışı ilə tanınır. 2016-ci ildə məhkəmə bir işçisini təzyiqlqərə məruz qoyduğu üçün ona 42 min dollarlıq təzminat ödənməsinə göstəriş vermişdi. Digər işçilər də Sara Netanyahunun davranışından şikayətlər etmişdi. O isə bütün bu ittihamları inkar edir.

Sara Netanyahuya qarşı irəli sürülən ittihamnamədə o, dəbdəbəli ziyafətlərə pul xərclədiyi üçün israfçılıq və fırıldaqçılıqda günahlandırılıb.

XS
SM
MD
LG