Accessibility links

Benyamin Netanyahuya qarşı rəsmi ittihamlar irəli sürüləcək


Fevralın 28-də İsrail televiziyası bildirib ki, ölkənin baş prokuroru davam edən üç korrupsiya işi üzrə baş nazir Benyamin Netanyahuya qarşı rəsmi ittihamlar irəli sürməyi planlaşdırır.

Telekanal Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, Netanyahuya qarşı ittihamlara rüşvət, fırıldaq və səlahiyyətlərin aşılması daxildir, lakin ittihamların konkretləşdirilməsi baş nazirin icbari iştirak edəcəyi dinləmədə məlum olacaq.

Belə bir dinləmənin İsraildə aprelin 9-da keçiriləcək ümumi seçkidən sonra yer alacağı gözlənilir. Bu seçkidə Netanyahu 4-cü müddətə baş nazir olmağa çalışır.

Netanyahunun Likud partiyası bildirib ki, baş nazir ittiham xəbərləri ilə bağlı fevralın 28-də bəyanat verəcək.

Bundan bir gün əvvəl Ali Məhkəmə Likud Partiyasının ittihamlarla bağlı petisyasını rədd edib. Partiya bu petisiyada baş prokuror Aviçay Mandelbiltin ittihamları elan etməsinin qarşısının alınmasını istəyirdi. Partiya iddia edirdi ki, bu, “seçki prosesinə açıq müdaxilədir”.

Hüquq-mühafizə orqanları Netanyahuya qarşı üç müxtəlif cinayət işi üzrə ittihamlar irəli sürülməsini tövsiyə edib.

Bu ittihamlardan birinə görə rəğbətli media dəstəyinin müqabilində Bezeq telekommunikasiya şirkətinin mənfəətləndirilməsinə əl atılıb.

İkinci iş üzrə ittihamda deyilir ki, baş nazir Yediot Aharanot qəzetin naşirinə bu qəzetin rəqibi olan məcmuənin imkanlarını məhdudlaşdıran qanunvericilik aktının qəbulunu təklif edib. Bunun müqabilində Yediot Aharanot baş nazir və onun partiyası barədə rəğbətli reportajlar dərc etməli idi.

Fevralın 27-də baş nazirin sözçüsü ittihamları “axmaq” və “absurd” adlandırıb.

69 yaşlı Netanyahu iki dəfə baş nazir olub. O, 1996-1999-cu illərdə və 2009-cu ildən bəri hökumətə başçılıq edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG