Accessibility links

Benzinin qiyməti qaldırılıb


Benzin
Benzin

Azərbaycanda "Аİ-95" Premium və "Аİ-98" Super markalı benzinlərin qiyməti artıb.

"Аİ-95" Premium benzininin bir litri 1,25 manat, "Аİ-98" Super 1,5 manat olub.

Bundan öncə bu markalardan olan benzinin pərakəndə qiyməti bir litrə görə müfaviq olaraq 1,05 və 1,30 manat idi, sözügedən markalı benzinləri idxal edən SOCAR Petroleum şirkətindəki mənbə bildirib.

Mənbə bahalaşmanı benzinin dünya qiymətinin artması tendensiyası ilə əlaqələndirib.

Şirkətdə qeyd ediblər ki, bahalaşma az insanın mənafeyinə toxunacaq, çünki bu markalardan ancaq lüks avtomobillərdə istifadə olunur.

Ölkə daxilində istehsal edilən "Аİ-92" markalı benzinin və dizel yanacağının qiymətləri dəyişməyib.

Eyni zamanda, ekspertlər benzinin qiymətinin azad bazaar prinsipləri ilə əlaqələndirilməsini tənqid edib.

“Bu necə azad bazaar prinsipidir ki, neftin qiyməti dünya bazarında artanda ölkədə benzinin qiymətini qaldırırlar, amma qiymətlər enəndə ölkədə benzinin qiyməti endirilmir. Həm də idxalçı şirkət yalnız SOCAR-dır”, iqtisad elmləri doktoru Qubad İbadoğlu qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG