Accessibility links

Şahin Bərzigər 91 gün həbs və cərimə cəzasına məhkum edilib


İran Azərbaycanının Təbriz şəhərində yaşayan milli fəal Şahin Bərzigər 91 gün həbs və cərimə cəzasına məhkum edilib.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, iyulun 24-də Təbrizdə ərəblərə dəstək məqsədilə keçirilən etiraz aksiyası ilə əlaqədar həbs edilən milli fəal Şahin Bərzigər Təbriz 2-ci Cinayət Məhkəməsinin 111-ci şöbəsi tərəfindən "Kiberməkanda telekommunikasiya sistemləri vasitəsilə insanları zorakı hərəkətlərə təhrik və cağırış" ittihamı ilə suçlanaraq 91 gün azadlıqdan məhrum edilib və 4 milyon tümən cərimə ödəməyə məhkum edilib.

Məhkəmənin verdiyi hökmə görə, milli fəala verilən həbs cəzasının 50 günü 2 il müddətinə şərti olaraq dayandırılıb.

Bərzigər daha öncə ona qarşı irəli sürülən "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamından İnqilab Məhkəməsindən bəraət qazanmışdı.

Şahin Bərzigər Təbrizdə baş tutan etiraz mitinqindən 2 gün əvvəl iyulun 22-də şəhərdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. O, avqust ayının 14-də Təbriz Mərkəzi Həbsxanasından mülki girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Güneyli milli fəal Şahin Bərzigər daha öncə də apardığı fəaliyyətlərdən dolayı təhlükəsizlik qüvvələri tərəfindən həbs və mühakimə olunub.

İyulun 24-də Təbrizdə yaşayan bir çox güneyli vətəndaş İranın Əhvaz bölgəsində yaşayan ərəb icmasının su ehtiyaylarının yarıtmaz idarəçiliyi nəticəsində yaranan su qıtlığına qarşı apardığı etiraz aksiyalarına dəstək olmaq məqsədilə etiraz mitinqi keçirmişdilər. Mitinq zamanı başda Təbriz olmaqla, İran Azərbaycanının digər şəhərlərində bir çox vətəndaş nəzarət altına alınmışdı.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG