Accessibility links

Berlin və Vilnüs Almaniya qüvvələrinin Litvaya yerləşdirilməsi ilə bağlı razılıq imzalayıb


Almaniyanın müdafiə naziri Boris Pistorius və Litvanın müdafiə naziri Arvidas Anusauskas
Almaniyanın müdafiə naziri Boris Pistorius və Litvanın müdafiə naziri Arvidas Anusauskas

Almaniyanın müdafiə naziri Boris Pistorius bazar ertəsi Almaniya briqadasının Litvada daimi yerləşdirilməsi ilə bağlı razılaşmanı "tarixi an" adlandırıb. O əlavə edib ki, Almaniya ilk dəfədir ki, öz sərhədlərindən kənarda daimi olaraq qoşun yerləşdirir.

"Biz hazırıq və NATO-nun ərazisini müdafiə edəcəyik", Pistorius briqadanın yaradılması ilə bağlı yol xəritəsini imzaladıqdan sonra litvalı həmkarı Arvidas Anusauskasla keçirdiyi mətbuat konfransında deyib.

Pistorius deyib ki, Bundesver diviziyası yerləşdirilməyə 2027-ci ilə qədər hazır olmalıdır". O əlavə edib ki, məqsəd Rusiyanın Ukraynaya müdaxiləsindən sonra NATO ilə koordinasiyalı şəkildə Litvaya 4800 əsgər və 200-ə yaxın mülki şəxsi daimi yerləşdirməkdir.

Forum

XS
SM
MD
LG