Accessibility links

Berlin Divarının dağıdılmasından 20 il ötür


Şərqi Almanya əsgərləri, 17 avqust 1962'də, Qərbə qaçmağa çalışanda öldürdükləri Peter Fechter'in cəsədi ilə
Şərqi Almanya əsgərləri, 17 avqust 1962'də, Qərbə qaçmağa çalışanda öldürdükləri Peter Fechter'in cəsədi ilə

Noybarın 9-da Berlin Divarının çöküşünün 20-ci ildönümü tamam olur. 1989-cu ilin payızında Politbüro rəsmisi Gunter Schabovski Şərqi Almaniyadan xaricə getməyə icazə veriləcəyini elan etdikdən sonra minlərlə berlinli həm qərbdən həm də şərqdən divara tərəf axışdılar.

İlk öncə keşikçilər izdihamın qarşısını almağa cəhd göstərdilər. Lakin kütlənin eyforiyası qarşısında geri çəkilməyə məcbur olan əsgərlər son 28 ildə ilk dəfə olaraq insanlara divarı adlamağa şərait yaratdılar. Az sonra yüzlərlə gənc çəkic, külüng, traktor və başqa vasitələrlə divarı dağıtmağa başladılar.

Berlin Divarı 1961-ci il, avqustun 12-dən 13-nə keçən gecə qəfildən ölkənin kommunist rəhbərləri tərəfindən quraşdırılmışdı. Kommunistlər divar hörməklə Berlinin Sovet sektorundan Amerika sektoruna nəhəng mühacirət axınının qarşısını aldılar. Qərbi Berlinə qaçmağa çalışarkən kommunist qüvvələr tərəfindən 192 adam öldürülüb.

XS
SM
MD
LG