Accessibility links

Berlin hücumunda şübhəli bilinən Tunis vətəndaşı axtarışdadır


Yük maşını Berlində Milad yarmarkasına sürülüb, 12 nəfərin ölümünə, onlarla insanın yaralanmasına səbəb olmasından 3 gün sonra Avropada hücumun əsas şübhəlisinin axtarışı davam etdirilir. Almaniya rəsmiləri şübhəlinin bir neçə ay bundan öncə deportasiya edilməli olan Tunis vətəndaşı olduğunu müəyyən ediblər.

Çərşənbə axşamı dövlət orqanları 24 yaşlı Anis Amrinin Almaniyaya 2015-ci ilin iyul ayında gəldiyi və bu il mümkün hücum üçün silah alacağına dair bir dəlil səbəbilə ay ərzində nəzarət altında saxlanılıb. Bu istintaq sentyabr ayında başa çatıb və terrorla mübarizə agetnlikləri onunla bağlı son dəfə noyabr ayında məlumat mübadiləsi ediblər.

Onun sığınacaq müraciəti altı ay öncə rədd edilib, amma o, sənədləri ilə bağlı problemlər səbəbilə Tunisə geri göndərilməyib.

Bu məlumat Almaniyada ölkəyə sığınacaq axtarışına daxil olan insanların necə yoxlanıldığına dair sualları yeniləyib.

Almaniya kansleri Angela Merkel hücumdan bir gün sonra deyib ki, əgər bu hücum sığınacaq tələb edən insan tərəfindən edilibsə, buna tab gətirmək çətin olacaq.

İslam Dövləti qrupu yük maşını hücumuna görə artıq məsuliyyəti öz üzərinə götürüb. Bu hücum beş ay öncə Fransanın Nitsa şəhərində 86 nəfərin ölümü ilə nəticələnən hücuma bənzəyir.

Prokurorlar Amrinin ələ keçirilməsinə yardım edəcək hər hansı məlumat üçün 100 min dollarlıq mükafat vəd edir.

XS
SM
MD
LG