Accessibility links

Berlin hücumunu həyata keçirən şəxsin axtarışları davam edir [Video]


Berlin hücumunu həyata keçirən şəxsin axtarışları davam edir
please wait

No media source currently available

0:00 0:01:51 0:00

Berlin hücumunu həyata keçirən şəxsin axtarışları davam edir

Almaniya müstəntiqləri bazar ertəsi Berlində Milad yarmarkasında 12 nəfərin ölümü ilə nəticələnən hücumunu törədənləri axtarır. Polis hücumda yeganə şübhəli bilinən Pakistan vətəndaşını cinayətlə ittiham etmək üçün kifayət qədər dəlili olmadığı səbəbilə sərbəst buraxıb. İslam Dövləti qrupu özünün media agentliyi olan “Amaq”da yerləşdirdiyi bəyanatda hücuma görə məsuliyyəti öz üzərinə göürüb.

İndi çətin olsa da, biz Almaniyada istədiyimiz kimi yaşamağa güc tapacağıq, bu da azad, birlik içində və açıq yaşamaqdır.
Angela Merkel

Berlinin Branderburq Qapısı çərşənbə axşamı günü Almaniyanın milli bayrağı və Berlin şəhərinin bayrağının rəngləri ilə bəzədilib.

Qurbanların xatirəsi hücumun baş verdiyi yerin yaxınlığında keçirilən anma mərasimində yad edilib.

“Mən inana bilmirdim. Yəni hadisədən iki saat öncə belə bir şeyin olacağını düşünmürdüm, çünki yük maşınının insanların üstünə sürüldüyü yerdə idim. Mən uşaqlığımdan bəri bura gəlirəm və bu yerlə bağlı gözəl xatirələrim var,” deyə Berlin sakini Cincer Suazo-Rodriqez bildirir.

Almaniya kansleri Angela Merkel bir neçə yüksək vəzifəli hökümət rəsmisi ilə birlikdə hücumun baş verdiyi yeri ziyarət edib və qurbanların xatirəsinə düzəldilən abidə önünə güllər qoyub. Merkel kiminsə həyatı tərənnüm edən insanları nə üçün öldürmək istədiyini anlamadığını deyib.

“Bildiyim budur ki, biz Milad yarmarkaları olmadan, meydanlarda ailə və dostlarımızla içki içmədən yaşaya bilmərik və yaşamamalıyıq qa. Biz bizi iflic edən qorxu hissi ilə yaşamaq istəmirik. İndi çətin olsa da, biz Almaniyada istədiyimiz kimi yaşamağa güc tapacağıq, bu da azad, birlik içində və açıq yaşamaqdır,” deyə kansler bildirib.

Almaniya polisi tərəfindən axtarılan Tunis vətəndaşı
Almaniya polisi tərəfindən axtarılan Tunis vətəndaşı

Almaniya rəsmiləri bilərəkdən törədildiyini deyir. Amerikalı bir turist də buna şahid olub.

“Mən gördüm ki, yük maşını yaramarkanın içi ilə piştaxtaların və insanların arası ilə keçib mən tərəfə gəlirdi.”

Hər hansı bir dəlil tapmaq məqsədilə yük maşını hərtərəfli yoxlanmaq üçün bazar ertəsi yarmarkadan aparılıb. Berlindəki bu hücum iyul ayında Fransanın sahilyanı şəhəri olan Nitsada 86 nəfərin ölümü və yüzlərlə insanın yaralanması ilə nəticələn hücuma çox bənzəyir. ABŞ rəsmiləri və başqaları Almaniyaya başsağlığı bildirib və bayram mövsümündə öz ölkələrində adekvat təhlükəsizlik tədbirlərinin görülməsinə çağırıb.

XS
SM
MD
LG