Accessibility links

Berlin marketində yük maşını insanların üzərinə sürülüb


Berlində yük maşınının Milad marketinə sürülməsi nəticəsində 9 adam həlak olub. hadisə 60-dan çox insan müxtəlif bədən xəsarətləri alıb.

Polsin dediyinə görə, maşın Kayzer Uilhelm marketinə bu gün axşam sürülüb.

Detallar müəyyən edilincə maşının insan üzərinə qəsdən sürüldüyü aydın olub.

Almaniyanın Bild qəzeti sürücünün hadisə yerindən qaçmağa nail olduğunu yazır. Məlumat polis tərəfindən təsdiqlənməyib.

Şahidlərin dediyinə görə, maşın saatda 60 km. süətlə hərəkət edirmiş.

XS
SM
MD
LG