Accessibility links

Tarixin qara səhifələrində - Berlin Divarı [Video]


Tarixin qara səhifələrində - Berlin Divarı
please wait

No media source currently available

0:00 0:03:18 0:00
1961-ci il avqustun 13-dən 1989-cu il noyabrın 9-nadək 150 kilometrdən çox məsafəni qət edən divar bir zamanlar dünyanın ən bədnam yerlərindən biri idi. 28 il Almaniyanı ikiyə bölən beton divar və tikanlı məftillər kommunizmi demokratiyadan ayıran “Dəmir Pərdə” adı almışdı.

43 kilometri Berlin şəhərinin düz mərkəzindən keçən divar Almaniya Demokratik respublikasını Federal Almaniyadan ayırırdı.

Görəsən məhz belə bir mürəkkəb və kobud görüntünün yaranmasına nə səbəb olmuşdu? Bu suala cavab tapmaq üçün bundan daha uzağa- 1945-ci ilə qayıtmalıyıq. Kommunizmi demokratiyadan ayıran Berlin Divarı – Tarixin Qara Səhifələrində.

İkinci Dünya Müharibəsinin nəticəsi olaraq Almaniya- Fransa, Amerika, Britaniya və Sovet İttifaqı tərəfindən hissələrə bölünərək idarə olunur.

1961-ci ildə iqtisadi və siyasi gərginlik Şərqi Berlinin sakinlərini qərbə keçməyə vadar edir. Şərqi Berlin hökuməti faşizmdən müdafiə adı altında tikanlı məftillərdən hasar çəkir. Növbəti 28 il ərzində bu hasar daha da möhkəmləndirilir. 1975-ci ildə artıq 3.6 metr hündürlükdə və 1.2 metr enində 45 min beton lovhədən ibarət divar ölkəni ikiyə bölür. Dəmir Pərdənin mövcud olduğu dövrdə sərhədi keçməyə cəhd edən 200 insan öldürülür. Şərqi Avropada kommunizmin çökməsi Şərqi Almaniyada kütləvi nümayişlərə səbəb olur.

1989-cu il noyabrın 9-u eyforik günlər yaşanır: şərqi berlinlilər sərhədi keçmək üçün kütləvi şəkildə Çarli keçid məntəqəsində toplaşır.

Almaniyanın birləşməsi prosesi 1990-cı il oktyabr ayının 3-nədək- düz bir il davam edir.

Bu gün Berlində “Dəmir Pərdə”-nin qalıqları heç bir divarın əbədi olmayacağı kimi rəmzi məna daşıyır.
XS
SM
MD
LG