Accessibility links

“Berlində Azərbaycan səfirliyi qarşısında çadır qurulacaq, aclıq aksiyası başlanacaq”


"Mehman Hüseynov və bütün siyasii məhbuslara azadlıq!" tələbi ilə keçirilən aclıq aksiyası
"Mehman Hüseynov və bütün siyasii məhbuslara azadlıq!" tələbi ilə keçirilən aclıq aksiyası

Bu barədə Amerikanın Səsinə müsahibəsində Bakıda aclıq keçirən Tofiq Yaqublu bildirib

“Yanvarın 10-da Azərbaycanın Berlindəki səfirliyi qarşısında çadırlar qurularaq “Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq!” tələbi ilə kütləvi aclıq aksiyasına başlanacaq. Bunun üçün artıq rəsmi icazə alınıb. Aksiyaya onlarla soydaşımız qoşulmaq fikrindədir”.

Bu barədə hazırda aclıq aksiyasını davam etdirən Müsavat Partiyasının divan üzvü Tofiq Yaqublu Amerikanın Səsinə müsahibəsində bildirib.

please wait

No media source currently available

0:00 0:02:00 0:00

Onun sözlərinə görə, Amerikada Zaur Bayramlı soyadlı azərbaycanlı aclıq askiyası keçirir.

Aksiyamızı digər ölkələrdə də dəstəkləyirlər və tezliklə dünyanın bir çox ölkələrində aksiyalar başlayacaq

“Aksiyamızı digər ölkələrdə də dəstəkləyirlər və tezliklə dünyanın bir çox ölkələrində aksiyalar başlayacaq,” o qeyd edib.

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib. O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger su içsə də artıq 15-ci gündür qida qəbulundan imtina etməkdə davam edir. Blogerin aclıq aksiyasına ictimaiyyət dəstək verməkdədir.

"Mehman Hüseynova azadlıq!" şüarı ilə müdafiə kampaniyası
"Mehman Hüseynova azadlıq!" şüarı ilə müdafiə kampaniyası

Blogerə qarşı yeni cinayət işinin qaldırılması beynəlxalq ictimaiyyət tərəfindən də tənqidlərlə qarşılanıb. ABŞ Senatoru Marko Rubio, Sərhədsiz Reportyorlar Təşkilatı, "PEN Amerika", AŞPA-nin Azərbaycan üzrə məruzəçiləri, Avropa Şurasının insan hüquqları üzrə komissarı və digərləri bəyanatlarla çıxış edib.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

"Mehman Hüseynov və bütün siyasii məhbuslara azadlıq!" tələbi ilə keçirilən aclıq aksiyası
"Mehman Hüseynov və bütün siyasii məhbuslara azadlıq!" tələbi ilə keçirilən aclıq aksiyası

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun Facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.

Bununla yanaşı, rəsmi Bakı bütün fundamental azadlıqların tam təmin edildiyini, fikrinə, siyasi əqidəsinə görə insanların həbs edilmədiyini bildirir.

Beynəlxalq təşklatlar isə Azərbaycanda 10 jurnalist və blogerin həbsdə olduğunu bəyan edir.

Amnesty İnternational ölkədə ondan çox insanı vicdan məhbusu elan edib.

Hazırda Müsavat Partiyasının mənzil-qərargahında "Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq!" tələbi ilə aclıq aksiyası davam etdirilir.

Aksiyanın iki iştirakçısı - Fatimə Mövlanlı və Leyla Babayevanın səhhətində problemlər yarandığına görə aclığı dayandırıb.

Aksiya iştirakçısı Tofiq Yaqublu Amerikanın Səsinə deyib ki, aksiyanın iki iştirakçısı - Fatimə Mövlanlı və Leyla Babayevanın səhhətində problemlər yarandığına görə aclığı dayandırıb.

“Hazırda 7 nəfər aclığı əzmlə davam etdirir. Biz bir dar otaqda askiyanı keçiririk. Çarpayı qoymağa belə yer yoxdur. Çoxsaylı insanlar aksiyaya qoşulmaq üçün müraciət edir. Bir çox insanklar aclığı evində davam etdirir,” o qeyd edib.

Yanvarın 9-da Yaqublu ilə yanaşı aksiyada daha altı nəfər - Elşad İsrafilov, Yaşar Ferazi, Fuad Rəhimli, Mübariz Fətullayev və Rövşən Niftalızadə iştirak edir.

Aksiya iştirakçılarının səhhəti könüllü həkimlərin nəzarəti altındadır. Rəsmi qurumlar hələlik aclıq aksiyasına münasibət bildirməyib.

XS
SM
MD
LG