Accessibility links

Bernardo Bertoluççi dünyasını dəyişib


İtaliyanın dünya şöhrətli kino-rejissoru Bernardo Bertoluççi bu gün Romadakı evində dünyasını dəyişib.

77 yaşında vəfat edən Bertoluççi xərçəng xəstəliyindən əzab çəkirdi.

Onun filmləri arasında "Sonuncu İmperator" və "Parisdə sonuncu tanqo" filmləri dünyada yaxşı tanınır.

Bertoluççinin “Sonuncu İmperator” filmi ən yaxşı rejissor kateqoriyasına görə Oskara layiq görülmüşdü. O, bu kateqoriyaya görə Oskar alan ilk italyan rejissor olmuşdu.

Çinin sonuncu imperatoru haqda “Sonuncu İmperator” filmi isə 9 kateqoriya üzrə Oskara nominasiya edilmiş və 9 kateqoriyanın hamısını qazanmışdı.

Bertoluççinin ən tanınmış filmi “Parisdə sonuncu tanqo” 1972-ci ildə çəkilib. Filmdə baş rolları Marlon Brando və Mariya Şnayder ifa edib.

Bertoluççi 2011-ci ildə Kann kino-festivalında Palme d'Or mükafatına layiq görülüb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG