Accessibility links

Beta qasırğası Texası daşqınlarla təhdid edir


Tropik Beta qasırğası güclü yağışlar və küləklərlə Texas sahillərini vurduqdan sonra sıx qasırğa mövsümündə onsuz da ziyana məruz qalan bölgəni daşqınlarla təhdid edir.

Qasırğa Texasın Port O'Konnor şəhərinin şimalına bazar ertəsi gecə çatıb. ABŞ-ın Milli Qasırğa Mərkəzinin bildirdiyinə görə, Beta şəhərə maksimum 64 km/saat sürətlə yaxınlaşıb. Küləklərin Texasın daxili ərazisinə çatdıqda dayanacağı gözlənilir.

Texas Qalveston hava limanının Milli Hava Xidməti meteoroloqu Amarillis Kottonun dediyinə görə, hazırda həm qasırğa dalğası, həm də yağış davam edir.

Kotto bölgəyə 15-30 santimetr, bəzi bölgələrdə isə 18 santimetr yağış yağdığını deyib. O, güclü yağıntının çərşənbə günü də davam edəcəyini bildirib.

Beta 2020-ci ildə ABŞ ərazisini dağıdan 9-cu qasırğadır.

Qasırğalar üzrə tədqiqiatçı Fil Klotsbaxın dediyinə görə, təbii fəlakətlər 1916-cı ildən sonra ilk dəfə rekord həddə çatıb.

Sinoptiklər ənənəvi fırtına adları tükəndiyini deyir və 1950-ci illərdən bəri yalnız ikinci dəfədir ki, yunan əlifbasından istifadəyə ehtiyac duyulur.

Əvvəlki proqnozlara görə, bəzi bölgələrdə 51 santimetr yağış gözlənilirdi.Lakin bazar ertəsi gününə qədər yağışlar 38 santimetrə enib.

Sinoptiklər və rəsmilərin dediyinə görə, Harvey və Imelda qasırğalarına məruz qalan sakinlər Beta kimi daha bir qasırğa ilə üzləşəcəklərini düşünməürdü.

2017-ci ildə Harvey Hyustona 127 santimetr yağış gətirmiş və Texasa 125 milyard dollar zərər vurmuşdu.

Keçən il Texasın cənub-şərqini vuran İmelda siklonları ilə rekord göstəriciyə malik olmuşdu.

Texas qubernatoru Qreg Abbott Texasın 29 bölgəsini fəlakət zonası elan edib.

Betanın Louiziananın 3 həftə əvvəl Laura qasırğasının vurduğu cənub-qərb bölgəsinə güclü yağışlar gətirəcəyi təxmin edilir.

Yağış və fırtına dalğası Louiziana qubernatoru Con Bel Edvardsu fövqəladə vəziyyət elan etməyə vadar edib.

Daha əvvəl Salli qasırğasının bölgəni dağıtmasından sonra Alabama və Florida ştatlarının sahil bölgələrinin 500 mindən çox sakinı elektriksiz qalıb.
Salli Alabama ştatının körfəz Şors şəhəri yaxınlığından 2 kateqoriya ilə keçdikdən sonra yavaş-yavaş Floridanın Panhandl bölgəsinə doğru irəliləyib.

Saatda 165 kilometr sürətlə əsən küləklər və leysan yağışları bir neçə kiçik şəhərində daşqınlara səbəb olub, elektrik xətlərini sıradan çıxarıb, evləri və müəssisələri dağıdıb.

Alabama ştatının Oranc Biç şəhərinin meri Tony Kennon xəbər agentliklərinə fırtına nəticəsində bir sakinin öldüyünü, digərinin isə itkin düşdüyünü bildirib.

Sallinin Florida ştatının məşhur kurort bölgəsi Pensacola və Hərbi Dəniz Donanmasının yerləşdiyi Eskambiya mahalının 61 santimetrə qədər yağan yağışlardan sonra təcili yardım dəstələrinin azı 377 nəfəri xilas etdiyi bildirilib.

XS
SM
MD
LG