Accessibility links

BMT ekspertləri rəsmi Bakını cinsi azlıqların hüquqlarının pozulması faktlarını araşdırmağa çağırıb


BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı
BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı

BMT ekspertləri Azərbaycan hakimiyyətini homoseksual və transgenderlərin hüquqlarının pozulması haqqında bütün məlumatları ətraflı şəkildə araşdırmağa çağırıb.

BMT İnsan Hüquqları İdarəsinin oktyabrın 13-də yaydığı bəyanatda sentyabrın ortalarında Bakıda polis reydlərinin həyata keçirilməsi zamanı 80 nəfərdən çox homoseksual və transgenderin fahişəliklə məşğul olması iddiası ilə saxlanmasından bəhs edilir.

Sənəddə onların döyüldüyü, işgəncələrə məruz qoyulduğu, alçaldıldığı, tamamilə təcrid vəziyyətdə saxlanıldığı bildirilir.

BMT ekspertlərin fikrincə, bu təcrübə Azərbaycanın beynəlxalq hüquq müdafiə sazişləri üzrə öhdəliklərini pozduğunu göstərir.

"Azərbaycan tamamilə qadağan edilmiş işgəncə və amansız davranış kimi qiymətləndirilən və şəxsi həyatın toxunulmazlığının pozuntusu olan məcburi tibbi testlərə dərhal son qoymalıdır", ekspertlər bildirib.

"Biz hakimiyyəti ayrıseçkilik salmadan hamının, o cümlədən homoseksual və ya transseksual kimi qəbul edilən insanların, habelə cinsi işçi hesab olunanların hüquqlarını müdafiə etməyə çağırırıq.

Biz Azərbaycan hakimiyyətini insanların cinsi meyllərinə və ya gender kimliyinə əsaslanan dərin kök salmış mənfi sosial təsəvvürlərə, yanlış təsəvvürlərə və mülahizələrə qarşı mübarizə məqsədilə, onlara qarşı törədilən zorakılıq və ayrı-seçkiliyin əsas səbəblərini aradan qaldırmaq üçün təhsil və dövlət siyasəti vasitəsilə konkret addımlar atmağa çağırırıq", sənəddə bildirilir.

Öz növbəsində, Azərbaycan hakimiyyəti Bakının mərkəzində reydlərin "yerli sakinlərə və turistlərə israrlı cinsi xidmət təklifləri" ilə əlaqədar ictimai asayişin pozulması haqqında çoxsaylı şikayətlərlə bağlı keçirildiyini bildirib.

Eyni zamanda, saxlanılanların əksəriyyəti fahişəlik ittihamlarını təkzib ediblər. Ekspertlərin məruzəsində deyilir ki, bir neçə nəfər xuliqanlıq və polisə müqavimət ittihamı ilə inzibati həbs cəzası çəkib. Zərərçəkmişlərin məhkəməyə müraciət etmək cəhdləri nəticəsiz qalıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG