Accessibility links

Ketrin Eşton və Ştefan Füle Anar Məmmədlinin işinin ədalətli araşdırılmasına çağırır


Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Ketrin Eştonun və Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Ketrin Eştonun və Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle

Avropa İttifaqı Anar Məmmədli və Azərbaycanda başqa ictimai qurumlar və fəal şəxslər əleyhinə aparılan hüquqi prosedurları yaxından izləyəcək

Avropa İttifaqının Xarici Siyasət İdarəsinin rəhbəri Ketrin Eşton və Avropa İttifaqının Genişlənmə və Qonşuluq Siyasəti komissarı Ştefan Füle Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsindən narahatdırlar.

Bu barədə onların dekabrın 20-də birgə yaydıqları bəyanatda deyilir.

Komissar və Xarici Siyasət İdarəsinin rəhbəri bəyanatda Azərbaycan hakimiyyətini Anar Məmmədliyə qarşı ittihamların sürətli, ədalətli, şəffaf və müstəqil şəkildə, siyasi təsirlərdən kənar formadan araşdırılmasını təmin etməyə çağırırlar.”

Bəyanatda daha sonra qeyd edilir ki, Avropa İttifaqı Anar Məmmədli və Azərbaycanda başqa ictimai qurumlar və fəal şəxslər əleyhinə aparılan hüquqi prosedurları yaxından izləyəcək.

ATƏT və başqa beynəlxalq qurumlardan da Anar Məmmədlinin azadlığa buraxılmasına çağırışlar səslənib.

Respublika Prokurorluğu dekabrın 20-də həmin çağırışları “ölkənin daxili işlərinə müdaxilələr və prokurorluq orqanlarının fəaliyyətinə təzyiq” kimi qiymətləndirən bəyanat yayıb.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri qanunsuz sahibkarlıq, vergidən yayınma və seçkilərin nəticələrini saxtalaşdırmaqda ittiham edir.

Anar Məmmədli və vəkilləri ona qarşı ittihamları əsassız siyasi motivli təqib kimi hesab edirlər.
XS
SM
MD
LG