Accessibility links

Beyinlərində şiş olan insanlar üçün yeni müalicə [Video]


Beyinlərində şiş olan insanlar üçün yeni müalicə
please wait

No media source currently available

0:00 0:02:17 0:00

xərçənginin ən ölümcül növü isə qlioblastomadır. Bu xəstəliyin çarəsi yoxdur. Hətta müalicə ilə belə, pasientlərin şiş aşkar ediləndən sonra maksimum üç il ömürləri olur. Amma alimlər ümid bəxş edən yeni müalicə yollarını sınaqdan keçirir.

Lori Maynsa iki il öncə beyin xərçəngi diaqnozu qoyulub.

Biz yeni kliniki sınaqları, hədəfli müalicələri, immunoterapiyanı nəzərdən keçiririk. Onların bəziləri bizə ümid bəxş edir. Bu xəstəlikdən əziyyət çəkənlər üçün ümid var
Dr. Çakravarti

“Mən bununla bağlı heç nə bilmək istəmirdim. Mən sadəcə yaxşılaşmaq istəyirdim,” – deyə, o bildirir.

Hətta xərçəng olmayan beyin şişləri beynin həyati bədən funksiyalarını idarə edən hissəsinə yayılanda ölümlə nəticələnə bilər.

Müalicə yollarına cərrahiyə əməliyyatı, kimya terapiyası, radiasiya və ya bunların kombinasiyası daxildir.

Xərçəngli beyin şişlərinin ən yayılmış növü qlioblastomadır. Qlioblastoması olan insanın beş il yaşamaq şansı sadəcə altı faizdir. Maynsın şişi də qlioblastomadır.

“Ümid edirəm ki, mən daha uzun müddət yaşayacağam. Amma mən realistəm də. Bu qlioblastomadır. Lakin mən mübarizəmi davam etdirəcəm”, Lüsi deyir.

Duke Universitetinin Tibb İnstitutunun alimləri bibaşa şişə modifikasiya edilmiş poliomielit virusu yeridərək, bəzi pasientlərin ömürlərini uzada bilər. Bu, hədəfli müalicənin nümunəsidir.

Digər alimlər isə bədənin öz immun sisteminin şişə hücum etməsini təmin etməyə çalışır.

“Biz yeni kliniki sınaqları, hədəfli müalicələri, immunoterapiyanı nəzərdən keçiririk. Onların bəziləri bizə ümid bəxş edir. Bu xəstəlikdən əziyyət çəkənlər üçün ümid var”- deyə, Dr. Çakravarti söyləyir.

Dr. Arnab Çakravarti Ohayo Dövlət Hərtərəfli Xərçəng Mərkəzində qliomaların genetik quruluşu ilə bağlı tədqiqata başçılıq edib.

Bu araşdırmanın iştirakçılarından biri də Mayns olub.

Qlioblastoma
Qlioblastoma

Tədqiqatçılar xüsusi kimya terapiyası və radiasiya ilə xüsusi biomarkeri olan pasientlərin yaşamaq müddətini iki qat artıra biləcəklərini aşkar edib.

“Müalicəni indivual pasientlərə uyğunlaşdırmaq çox vacibdir. Ona görə də, biomarkerlər, proqnostika və təxmini biomarkerlər çox mühümdür”, Dr. Çakravarti bildirir.

Ekspertlər deyir ki, genetik markerlərin testdən keçirilməsi bədxassəli beyin şişi olan pasientlər üçün standart prosedura çevriləcək. Onlar həmçinin individuallaşdırılmış müalicənin bir hissəsi olaraq hədəfli dərman müalicələrini nəzərdən keçirir. Onlar ümid edir ki, çox yaxın zamanda beyin xərçəngi artıq ölümcül olmayacaq.

XS
SM
MD
LG