Accessibility links

Beynəlxalq Atom Enerjisi Agentliyi: İran nüvə razılığına əməl edir


Beynəlxalq Atom Enerjisi Agentliyinin bayrağı
Beynəlxalq Atom Enerjisi Agentliyinin bayrağı

Birləşmiş Millətlər Təşkilatının nüvə agentliyi bildirir ki, ABŞ-ın tətbiq etdiyi yeni sanksiyalar 2015-ci ildə əldə olunan nüvə razılığının aqibətini sual altına qoyduğu bir vaxt, İran razılığa əməl etməyə davam edir.

Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi bazar ertəsi rüblük hesabatında bildirib.

Ötən həftə Birləşmiş Ştatlar İran və altı dünya qüdrəti arasında əldə olunan nüvə razılığı nəticəsində aradan qaldırılan sanksiyaları İrana qarşı sanksiyaları bərpa edib.

Bu sanksiyalara əsasən, İran iqtisadiyyatının ən böyük hissəsini təşkil edən neftin alışına qadağalar tətbiq olunacaq.

ABŞ prezidenti Donald Tramp bu ilin əvvəli həmin razılıqdan birtərəfli olaraq geri çəkildiyini elan edərək, sazişdə İrana qarşı kifayət qədər sərt standartların tətbiq olunmadığını söyləyib.

Avropa ölkələri Trampın qərarının əleyhinə çıxır və nüvə razılığını ayaqda saxlamağa çalışır. Lakin ABŞ sanksiyaları qüvvəyə minəndən sonra bunu etmək daha da çətinləşəcək.

XS
SM
MD
LG