Accessibility links

Beynəlxalq Bakı Caz Festivalı keçiriləcək


Beynəlxalq Bakı Caz Festivalı keçiriləcək
Beynəlxalq Bakı Caz Festivalı keçiriləcək

İki illik fasilədən sonra 10-18 sentyabr tarixlərində XVI Beynəlxalq Bakı Caz Festivalı keçiriləcək.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Tədbir karantin qaydalarına uyğun şəkildə keçiriləcək. Festivalın konsertləri “Beer Hall and Music Club” və “Art Tower Gallery”də, 18 sentyabrda qala konsert isə “Shahdag Night Club”da keçiriləcək.

Festivala Hollandiya, Macarıstan, Türkiyə, Rusiya, İsrail, Almaniya, Lüksemburq və Gürcüstandan qruplar qatılacaq. Azərbaycandan əməkdar artistlər Rain Sultanov, İsfar Sarabski, musiqiçilər Elbəy Məmmədzadə, Elvin Bəşirov, Diana Hacıyeva, Əfqan Rəsul, Nicat Aslanov və başqaları çıxış edəcəklər.

Festival çərçivəsində 11 və 12 sentyabr tarixlərində “İncəsənət qülləsi” (“Art Tower”) qalereyasında caz-kino proqramı - keçən əsrin əfsanəvi filmlərinin nümayişi olacaq.

Bu il də Bakı Caz Festivalının ayrılmaz hissəsi olaraq ustad dərsləri və cem-seyşnlər (jam-session) təşkil ediləcək.

Qeyd edək ki, Bakı Caz Festivalı axırıncı dəfə 2019-cu il 18–27 oktyabr tarixlərində “Daha çox caz, daha çox intellekt” şüarı altında keçirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG