Accessibility links

"Qara Dəliyin" ilk foto-şəkli yayımlanıb


Çərşənbə günü beynəlxalq alimlər qrupu astro-fizikada bir qələbənin - qara dəliyin ilk fotoşəkilini yayımlayıb.

2012-ci ildə başladılan Event Horizon Telescope layihəsindən qlobal teleskop və şəbəkədən istifadə edərək birbaşa qara dəliyi müşahidə etmək məqsədilə 200-dən çox tədqiqatçının əməkdaşlığı ilə Vaşinqton, Brüssel, Santyaqo, Şanxay, Taypey və Tokio şəhərlərində konfrans keçirilib.

Onlar müxtəlif qalaktikaların mərkəzində yerləşən iki ağır kütləli qara dəliyi hədəf alıblar.

Qara dəlik ulduzları, planetləri, qazları, tozları və elektromaqnit şüalarının bütün növlərini udur. Nəzəri olaraq, gözlə görülə bilən bütün cisimlər qara dəliklərə qarşı reaksiya verən obyektlərdir.

London Elm Muzeyinin Xarici Əlaqələr Direktoru Rocer Hayfild bu məsələyə aydınlıq gətirib.

"Qara dəli ulduzun həyatının sonunda inkişaf etdiyi və öz-özünə artaraq çox qalın obyekt meydana gəldiyi düşünülür. Qalaktikamızın mərkəzində çox böyük qara dəlik olduğunu bilirik. Qara dəlik Merkuri orbiti ölçüsündədir. Günəşin kütləsindən bir neçə milyon dəfə çoxdur və indi biz bu böyük qara dəliklərin hər bir qalaktikanın mərkəzində olduğunu düşünürük" , London Elm Muzeyinin xarici əlaqələr direktoru Rocer Hayfild deyib.

Tədqiqat 1915-ci ildə fizik Albert Eynşteyn tərəfindən irəli sürülmüş ətalət qanunlarını və digər təbii qüvvələrlə əlaqələrini izah etmək üçün ortaya qoyulan ümumi nisbilik nəzəriyyəsini sınayacaq. Bu nəzəriyyə qara dəliyin ölçüsünü və formasını proqnozlaşdırmağa imkan verir.

XS
SM
MD
LG