Accessibility links

Beynəlxalq Fəza Stasiyasına süni intellektli ilk robot göndərilib


Onunla yanaşı stansiya giləmeyvə, dondurma və siçan qəbul edib

SpaceX kapsulu Florida ştatından 3 gün əvvəl fəzaya buraxıldıqdan sonra bu gün stansiyaya çatıb.

Stansiyada olan kanadalı astronavt Rikki Arnold kapsulu nəhəng mexaniki əllə götürməyə nail olub.

2700 kiloqram çəkisi olan bu yükdə basketbol topu böyüklüyündə yuvaqlar robot da olub. Almaniyanın fəza agentliyinin göndərdiyi bu robot alman astronavt Alesandr Gertaa elmi araşdırmalarda yardım edəcək. Simon adlandırılan robotun beyni İBM tərəfindən davamlı şəkildə yenilənəcək.

Burada genetik cəhətdən tam identik siçanlar da var ki, onlardan bakteriyaların tədqiqatında istifadə ediləcək. Stansiyaya bundan əlavə yüksək kofeinli qəhvə və giləmeyvələr də göndərilib.

İndiyədək stansiyanın robot qolu 30 yükü qəbul edib. Onların əksəriyyəti ABŞ-ın Fəza Agentliyi NASA tərəfindən işə cəlb edilən özəl şirkətlər tərəfindən göndərilib.

Nəzarət missiyasının bildirdiyinə görə, son yük daşınması Kanadanın nəzarəti altında olan Kvebek stasiyası üzərində həyata keçirilib.
Siçanlarla insanlar bioloji cəhətdən müxtəlif canlılar olsalar da, alimlər ümid edirlər ki, bu təcrübə onlara qiymətli məlumatlar əldə etmək imkanı verəcək.

Bütün bunlar uzun müddət kosmosda qalmağın insan orqanizminə təsirini öyrənmək məqsədi daşıyır.

Həm SpaceX şirkəti, həm də NASA Marsa insan göndərmək planlarını elan edib.

Texnologiyanın indiki inkişaf səviyyəsi ilə Marsa uçuş da uzunmüddətli olacaq.

Marsa missiya bir neçə il çəkə bilər.

90 gün insana uzun müddət kimi gəlmir, amma orta ömür göstəricilərini nəzərə alanda, siçanın həyatında 3 ay, insan həyatında 9 ilə bərabərdir.

400 kilomert yüksəkliyində laboratoriyada alman astronavtdan əlavə 3 amerikalı və 2 kanadalı çalışır.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG