Accessibility links

Beynəlxalq İnsan Hüquqları Günü: Azərbaycanda durum, siyasi məhbuslar və gender zorakılıqları


10 dekabr Beynəlxalq İnsan Hüquqları günüdür.

1948-ci il dekabrın 10-da BMT-nin Baş Məclisi “İnsan hüquqları haqqında ümumi bəyannamə” qəbul edib. 1950-ci ildən başlayaraq isə hər il dekabr ayının 10-u bütün dünyada “Beynəlxalq İnsan Hüquqları Günü” kimi qeyd olunur.

İnsan hüquqları, insanların təbii və dərrakədən irəli gələn subyektiv hüquqlarını təsvir edir. Bu konsepsiyaya görə, hər bir insan irqindən, cinsindən, dilindən, dinindən, siyasi baxışlardan və sosial mənşəyindən asılı olmayaraq bərabər hüquqlara malikdir.​

Avropada əsas insan hüquq və azadlıqlarının qorunmasından ötrü Azərbaycanın da qoşulduğu və 1950-ci il noyabrın 4-də qəbul edilən “Avropa İnsan Hüquqları Konvensiyası” mövcuddur. Onun beynəlxalq müqavilələrdən başlıca fərqi ondan ibarətdir ki, bu konvensiyaya əsaslanan və eyni zamanda real işləmə mexanizminə malik Avropa İnsan Hüquqları Məhkəməsi fəaliyyət göstərir.

Azərbaycanın bir sıra yerli hüquq müdafiəçiləri hesab edir ki, ölkədə insan hüquq və azadlıqlarının qorunmasında problem mövcuddur.

Siyasi iradə nümayiş etdirilməlidir

Bakı İnsan Hüquqları Klubu İctimai Birliyinin təsisçilərindən hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, Azərbaycanda insan haqlarının vəziyyəti xeyli sayda işlərin görülməsini, islahatların aparılmasını, vəziyyətin nəticə etibarı ilə yaxşılaşdırılmasını tələb edən vəziyyətdir.

Rəsul Cəfərov
Rəsul Cəfərov

“İstər siyasi hüquqlar olsun, istər sosial iqtisadi azadlıqlar olsun xüsusilə mülkiyyət hüququ ilə bağlı vəziyyət , digər mədəni humanitar istiqamətlər olsun təəssüf ki, hər birində özünəməxsus problemlər var. Çətinlər var. Onlar aradan qalxmalıdır.Onların aradan qalxması istiqamətində ciddi addımlar atılmalıdır ki, biz Azərbaycanda insan haqlarının vəziyyətinin daha yaxşı olduğunu qeyd edə bilək. Hələ ki, bu yoxdur . Mən ümid edirəm ki, növbəti 10 dekabr Ümumdünya İnsan Haqları günü ilə bağlı vəziyyət indikindən daha yaxşı, daha inkişaf etmiş şəkildə olacaq. Biz də rahat şəkildə qeyd edə biləcəyik ki, bəli Azərbaycanda insan haqlarının vəziyyəti daha yaxşıdır.”

please wait

No media source currently available

0:00 0:05:57 0:00

Hüquq müdafiəçisi hesab edir ki, problemlərin həll edilməməsi bir sıra amillərlə bağlıdır. Onun sözlərinə görə, ilk növbədə siyasi iradə nümayiş etdirilməlidir.

“Hakimiyyət tərəfindən belə bir siyasi iradə ortaya qoyularsa çox qısa bir zamanda müxtəlif hüquq və azadlıqlarla bağlı olan problemləri həll etmək mümkündür. Məsələn Azərbaycanda uzun illər deffamasiya ilə bağlı məsələ qalır. Böhtan və təhqirə görə cinayət məsuliyyəti var. Yəni onun aradan qaldırılması üçün bircə qanunun qəbul edilməsinə zərurət var. Bunun üçün də siyasi iradə dəyişməlidir. Və yaxud sərbəst toplaşmaq, birləşmək azadlığı ilə bağlı vəziyyəti dəyişmək üçün yenə də çox rahat şəkildə ortaya siyasi iradə qoyularsa , etiraz etmək istəyən qruplara səslərin eşidə biləcək bir məkan ayrılarsa o sərbəst toplaşma azadlığının təmini istiqamətində ciddi irəliləyiş olar. QHT qanunvericiliyi hansı ki, 2013-2014 cu illərdə reqresiv şəkildə dəyişdirilib onu da təkmilləşdirmək üçün sadəcə siyasi iradənin ortaya qoyulması kifayət edir. İkinci atılmalı olan addım vətəndaş cəmiyyətinin özünün inkişaf etdirilməsi istiqamətində addımları olmalıdır. Biz mövcud vəziyyətdə nə edə biləcəyiksə onu mütləq şəkildə etməliyik. Davamlı çağırışlar olmalıdır. Problemlərin davamlı şəkildə müəyyən edilməsi və onun hakimiyyətin diqqətinə çatdırılması olmalıdır. Gənclər, yeni nəsil insan hüquq və azadlıqların mahiyyəti barədə , hüquq müdafiə işinin prinsipləri barədə daha dolğun məlumatlara malik olmalıdır. Yeni innovativ təşəbbüslər ortaya qoyulmalıdır hüquq və azadlıqların müdafiəsi istiqamətində .Üçüncü mən hesab edirəm ki, bu beynəlxalq təşkilatlarla iş davam etdirilməlidir. Çünki Azərbaycan bir sıra beynəlxalq təşkilatların üzvüdür. Xüsusilə Avropa Şurasının, ATƏT, BMT hansı ki, həm də bu təşkilatlara üzvlük onun üzərinə insan və hüquqlarının azadlıqları istiqamətində öhdəliklər qoyur , Avropa İnsan Hüquqları məhkəməsi , AŞPA nın bir müstəqil qrumu kimi çox vacib əhəmiyyətə malikdir. İnsanlar da bu məhkəmənin fəaliyyəti barədə ora göndərilməli olan şikayətlər barədə maarifləndirilməlidir. Hər kəs də özü öz hüququnun müdafiəsi istiqamətində də müəyyən addımlar atmalıdır. Özünüsenzura, qorxu hissi aradan götürülməlidir.

Siyasi Məhbus problemi niyə həll olunmur?

Hüquq müdafiəçisi hesab edir ki, Azərbaycanda hələ də siyasi məhb us problemi hələ də qalır. Baxmayaraq ki, 2019-cu ildə o problemin həlli istiqamətində positiv bir addım atılmışdı.

“Hakimiyyət tərəfindən belə bir siyasi iradə ortaya qoyularsa çox qısa bir zamanda müxtəlif hüquq və azadlıqlarla bağlı olan problemləri həll etmək mümkündür.


“Yadınızdadırsa, 2019-cu ilin böyük bir əfv sərəncamı imzalanmışdı və 50 nəfərdən artıq siyasi məhbus azadlığa buraxıldı. Bu sərəncamdan sonra belə bir müsbət gözləntilər yaranmışdır ki, nəhayət Azərbaycanda siyasi məhbus problemi birdəfəlik öz həllini tapacaq. Təəssüf ki, 2020-ci ilin əvvəllərində mart aylarında, sonra iyun iyul aylarında yenə siyasi motivli hesab edilə biləcək həbslər həyata keçirilib. Bu məsələnin həlli üçün iki addım atılmalıdıdır. Birincisi böyük əfv , amnistiya və yaxud başqa formada bunların hamısı eyni anda da verilə bilər. Bu hüquqi mexanizmləri işə salıb adları müxtəlif siyahılarda olan şəxsləri azadlığa buraxmaq mümkündür. İkinci addım isə artıq başlanılmış məhkəmə hüquq islahatları kimi təqdim edilən islahatları həqiqi islahatlara çevirmək lazımdır. Onları dərinləşdirmək lazımdır. Məhkəmələrin, məhkəməyə qədər istintaqın müstəqilləşməsi orada sübuta yetirilməyən ittihamların qarşısını almaq üçün müəyyən addımlar var. Vahid istintaq komitəsinin yaradılması, bir sıra hüquq mühafizə orqanlarının istintaq səlahiyyətinin alınaraq həmin qruma verilməsi , həmin qrumda şəffaflığın təmin edilməsi və s istiqamətində atıla bilər. İlin sonunda bir qayda olaraq Əfv sərəncamı imzalanır.Parlamentin özü də dekabrın 30- kimi iclaslardadır. Onlar tərəfindən də müəyyən addımlar atıla bilər. Məhkəmələr məhdud da olsa fəaliyyətlərini davam etdirirlər. Orada da online formatda proseslərin keçirilməsi praktikası tətbiq olunur. Mən hesab edirəm ki bu hüquqi mexanizmlər ilin sonuna kimi tətbiq oluna bilər. Tətbiq olunmalıdır və siyasi məhbus problemi öz həllini tapmalıdır?

Azərbaycanda qadın hüquqları

“Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl Amerikanın Səsinə müsahibəsində deyir ki, Azərbaycanda qadın hüquqları ilə bağlı vəziyyət hansı yerdədir buna birmənalı olaraq cavab vermək mümkün deyil.

Onun fikrincə, Azərbaycanda xeyli problemlər var ki, bu barədə mütləq danışmaq lazımdır.

“Bu, təhsil səviyyəsindədir. Bu, qadınların hüquqları səviyyəsindədir. Özünü reallaşdırmaq səviyyəsindədir.

Ümumiyyətlə BMT –nin SİDO Komitəsinin ( Qadınlara qarşı bütün ayrı-seçkiliyin aradan qaldırılması Komitəsinə ) Azərbaycanla bağlı 74 tövsiyyəsi var ki, müxtəlif sahəni əhatə edir. Bu sahələri əslində qadın həm iqtisadi, mədəni, sosial mədəni həyatına təsir edir. ”

Şəhla İsmayıl deyir ki, Azərbaycandaqadınların ən böyük çətinlikləri onların ailələrində ümumiyyətlə Azərbaycan cəmiyyətində gender rolların olduqca sərt formada qoyulmasıdır.

Şəhla İsmayıl
Şəhla İsmayıl

Beləki, qadın ev yükündən başqaözünü inkişaf etdirməyə, karyerasını inkişaf etdirmək imkanları daha məhduddu.

Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Aktivlik kampaniyası effektivlidirmi?

Şəhla İsmayıl deyir ki, aparıcı qadın hüquq müdafiəçilərin iştirakı ilə , təşəbbüsü ilə illər boyu 16 günlük aktivlik kampaniyasının keçirilməsi bu gün öz bəhrəsini verir.

Onun sözlərinə görə, ən azı bu kampaniya haqqında kifayət qədər məlumatlı insanların sayı çoxdur.

"İnsanlar bu mövzuda daha məlumatlıdırlar. Düzdür maarifləndirməyə hər zaman ehtiyac var. Bütövlükdə bu mövzu artıq dillərdədir. Bunun yeganə mənfi hissəsi odur ki, bu 16 günlük kampaniya zamanı abartılı formada bütün məlumatlar qoyulur. Cədvəlimiz dolu olur müxtəlif təşəbbüslərlə, müsahibələrlə vəs. Amma ildə 365 gün var ki, 16-nı çıxsaq 349 gündə də mütləq insanların bu mövzuda daim danışmağı, hərəkət etməyi hansısa təşəbbüsləri həyata keçirmək lazımdır ki, bax o zaman heç kampaniyanı da həyata keçirməyə ehtiyac qalmayacaq.”

please wait

No media source currently available

0:00 0:04:48 0:00

O deyir ki, qadınlara qarşı olan zorakılıq qadın hüquqları gündəliyinin balaca bir parçasıdır. Əslində isə gündəlik daha böyükdür.

“Bu gündəlik bilavasitə insan hüquqları ilə bağlıdır. İnsan hüquqları sistemini yaratmaq üçün bütövlükdə hər bir ölkədə insan hüquqlarını qorumağa , inkişaf etdirməyə yönəlik sistem qurulmalıdır. Bütövlükdə yaxşı idarəetmə sistemi qurulmalıdır, azadlıqlar qorunmalıdır. Eyni zamanda korrupsiya olmamalıdır, müstəqil məhkəmələr olmalıdır. Bütövlükdə yaxşı idarəetmə sistemi modeli olmalıdır. Qadın zorakılığının qarşısını almaq üçün biz bilavasitə buna təsir edəcək məqamları yəni həmin hüquq mühafizə orqanlarının yaxşı işləməsinə müstəqil məhəkəmə sisteminin olmasına, eyni zamanda bütövlükdə yaxşı idarəetməyə diqqət etməliyik ki, bu da biri olmadan digərinin olması mümkün deyil sadəcə. Bütövlükdə hesab edirəm ki, bunun üçün bütün sektorlar səylərini səfərbər eləməlidir. Yəni bu gün Azərbaycanda qadın hüquqları ilə məşğul olan vətəndaş cəmiyyətində problem varsa, bütövlükdə artıq bu məsələnin həlli mümkün deyil."

İstanbul Konvensiyası olduqca ciddi bir sənəddi

Qadın zorakılığının qarşısını almaq üçün biz bilavasitə buna təsir edəcək məqamları yəni həmin hüquq mühafizə orqanlarının yaxşı işləməsinə müstəqil məhəkəmə sisteminin olmasına, eyni zamanda bütövlükdə yaxşı idarəetməyə diqqət etməliyik.

Hüquq müdafiəçisi deyir ki, İstanbul Konvensiyası olduqca ciddi bir sənəd və ciddi bir öhdəlikdir.

"Azərbaycan artıq kifayət qədər öhdəlikləri var. İstanbul Konvensiyası daha bir öhdəlik paketidir ki, burada həm qanunvericilik, həm infrastruktur , həm də tərəflərlə iş səviyyəsində çoxşaxəli və uzunmüddətli işlər görülməlidir.

İstanbul Konvensiyasına qoşulmamağımızın səbəbi əsasən o bacarığımzdadır ki, bu gün bacarıq deyəndə fiziki bacarıq demirəm, siyasi bacarıq deyirəm. Ortalıqda siyasi bir iradə varmı ki, Azərbaycanı tamamən yaxşı idarəetmə modeli ilə idarə etsin. Belə olan halda beynəlxalq öhdəliklərimiz o cümlədən gələcəkdə imzaladığımız İstanbul Konvensiyası yerinə yetsin bax sual burasıdadı. Əgər siyasi iradə varsa, o zaman da İstanbul Konvensiyasının imzalanması yaxında gözlənilə bilər."

İnsan hüquqları günü ərəfəsində hüquq müdafiəçilərinin özlərinin vəziyyəti necədir?

Hüquqşünas İntiqam Əliyev Amerikanın Səsinə açıqlamasında deyir ki, bu ölkədə fərqli düşüncəyə sahib olmaq; tənqidçi medianın, jurnalistlərin, müxalif, siyasilərin, gənc fəalların, mülkləri sökülənlərin, polis idarələrində, həbsxanalarda işgəncələrə məruz qalanların hüquqlarını yerli məhkəmələrdə müdafiə etmək, pozuntuları beynəlxalq məhkəmələrin müzakirəsinə çıxarmaq dövlət əleyhinə fəaliyyət sayılmaqda davam edir. Buna görə cinayət sayılır.

Həbslər həm toplumu qorxu altında saxlamaq üçün hakimiyyətin əsas silahı olaraq qalır, onlar davam edəcək.


“Seçki seçki saxtakarlıqlarının və insan hüquqlarının pozuntularının monitorinqini aparmaq, hökümətin siyasətini tənqid edən yazılar yazmaq, araşdırmalar aparmaq, hesabatlar hazırlamaq və yaymaq, siyasi məhbusların siyahısını hazırlamaq, onların azadlığa buraxılmasını tələb etmək, bu problemi ölkə daxilində və beynəlxalq tədbirlərdə qaldırmaq da dövlətə qarşı çıxmaq, ağır cinayət sayılır. Bu gün də belə “cinayətləri” törətdiyinə görə çoxlu sayda insan həbsdə yatır.

Həbslər həm toplumu qorxu altında saxlamaq üçün hakimiyyətin əsas silahı olaraq qalır, onlar davam edəcək. Müharibə və ondan sonrakı ura-patriotik dövr ölkə daxilində insan haqları ilə bağlı etirazçı səsləri boğmaq üçün münbit mühit yaradıb. Hökumət bu əhval-ruhiyyəni mümkün qədər uzatmağa çalışacaq. Bu anlamda insan haqları ilə məşğul olanlar üçün çətin dövr olacaq. Son illər davamlı və sistemli repressiyalar səbəbindən insan haqları müdafiə institutları çox zəifləmiş, bu sahədə çalışan insanların dairəsi xeyli daralmışdı. Torpaqların işğaldan azad olunması hakimiyyətin təsir dairəsindən kənarda qalmağı bacaran vətəndaş cəmiyyəti, o cümlədən insan haqlarının müdafiəsi ilə məğul olan qurum və isimlərin xeyli hissəsini faktiki İlham Əliyevin dəstəkçisinə çevirdi. Onların arasında səmimi olaraq bunu dövlət, milli maraqlar naminə vacib olduğunu düşünənlər az deyildi. Amma insan haqları sahəsində durum daha da ağırlaşacaqsa bunda, müharibə və onun ətrafında baş verənlərdə hakimiyyəti sözsüz dəstəkləyən, onu sorğulayanların linç kampaniyasında iştirak edən həmin şəxslərin də payı olacaq.”

İntiqam Əliyev
İntiqam Əliyev

İntiqam Əliyev bildirir ki, insan haqları sahəsində durum nə qədər ümidsiz görünsə də, ümumən cəmiyyətdə dəyişikliklər potensialı qalmaqdadır vəgənclər bu sahədə də onlar əsas söz sahibi olacaqlar.

Müstəqil vəkillik siyasi sifarişlərə və korrupsiyaya bağlı məhkəmələr üçün başağrısıdır.

Hüquqşünas qeyd edir ki, avtoritar hakimiyyətlər müstəqil parlmentin, məhkəmələrin, medianın olmasında maraqlı olmadığı kimi, güclü vəkilliyin olmasında da maraqlı deyil.

“Çünki anlayırlar ki, güclü və müstəqil vəkillik siyasi sifarişlərə və korrupsiyaya bağlı məhkəmələr üçün başağrısıdır. Sivil ölkələrdə vəkil birlikləri müstəqil peçə sahiblərinin birliyi kimi ölkənin ictimai həyatında fəal iştirak edir, öz üzvlərinin maraqlarını müdafiə edir, digər vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlıq edir və s. Bizim Kollegiya yaxşı halda, Ədliyyə Nazirliyinin və ya Prezident Aparatının bir şöbəsidir. Hakimiyyət vəkilliyə həmişə özünün siyasi maraqları prizmasından baxıb və indi də elə baxmaqda davam edir. Sadəcə, strategyaya korrektələr edildi: bir tərəfdən, müstəqil vəkillər bir-bir VK-dan uzaqlaşdırılır, o biri tərəfdən isə, VK-nın mərkəzi aparatına yeni bina verilir, maddi və texniki dəstəyi gücləndirilir, yerli ofisləri təmir olunur, yeniləri açılır, beynəlxalq təşkilatlarla münasibətlər bərpa olunur və s. Əvvəl strategiya “vəkillər az olsun” üzərində qurulmuşdusa, indi “vəkillər çox olsun, amma danışanlar olmasın” əsas şüardır. Bunu hər dəfə vurğulayırıq ki, vəkillərin sayının artırılmasına ehtiyac var, amma VK özü məzmunca dəyişməsə, hakimiyyətin nəzarətindən çıxmasa, avtoritar idarəçilik qaydaları qalmaqda davam etsə, onun tərkibinin genişlənməsinin cəmiyyətə az faydası olacaq. Vəkil adlanan kəslər dillərini dinc qoyacaqlarsa, saylarının çox olmasının hakimiyyət üçün elə bir qorxusu yoxdur. Əksinə, onları yaxşıca bəsləsən, hakimiyyətin tərəfdarlarına da çevrilə bilərlər. Pul-para, mənzil, ad, mükafat, vəzifə verməklə yala baxan qondarma müxalif siyasi partiyalar, media, QHT və s. ordusu yetişdirdiyi kimi. İlk növbədə vəkillərin özü bunu anlamalıdır, sonra da birgə topluma anlatmağa çalışmalıyıq. Onda dünyada haqq işimizə dəstək verənlərin dairəsi də artacaq.”

XS
SM
MD
LG