Accessibility links

Beynəlxalq Fəza Stansiyasının ekipaj üzvləri Yerə qayıdıb


Beynəlxalq Fəza Stansiyasının üç ekipaj üzvü 197 günlük missiyadan sonra Yerə qayıdıb.

Ekspedisiya-56-nın ekipaj üzvləri olan NASA astronavtları Komandir Dryü Feustel, uçuş mühəndisi Riki Arnold, rusiyalı uçuş mühəndisi komandiri Oleq Artemyev cümə axşamı günü təkrar giriş kapsulunda fəza stansiyasını tərk edib.

Onlar Qazaxıstanın Jezkazqan şəhərinin cənub-şərqində yerə eniblər.

NASA bildirib ki, ekspedisiya zamanı ekipaj yüzlərlə təcrübəni tamamlayıb və onlarla canlı tədris hadisələrini peyk vasitəsi ilə translyasiya edib.

Feustel və Arnold stansiyada təmir və yeniliklər etmək üçün üç dəfə kosmik gəzinti keçirib.

Ekspedisiya-57 NASA Rusiya və Avropa Kosmik Agentliyindən olan üç nəfərlik ekipajla tədqiqat və əməliyyatları davam etdirir. NASA deyir ki, bu ayın sonuna qədər onlara daha iki üzv qatılacaq.

XS
SM
MD
LG