Accessibility links

Beynəlxalq Məhkəmə Müsabiqəsinin Azərbaycan üzrə seçimləri keçirilib


Fevralın 16-da Philip C. Jessup Beynəlxalq Məhkəmə Müsabiqəsinin Azərbaycan seçimlərinin final raundu baş tutub.

Seçimlər Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin media dəstəyi və ADA Universiteti Hüquq Proqramının akademik dəstəyi ilə ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi tərəfindən təşkil olunub. Azərbaycan Vəkillər Kollegiyası və BP Azərbaycan şirkəti Müsabiqənin Azərbaycan seçimlərinin Platin Sponsorları olub və MGB hüquq şirkəti seçimlərə təşkilati dəstək göstərib.

Beynəlxalq Məhkəmə Müsabiqəsinin Azərbaycan üzrə seçimləri keçirilib
Beynəlxalq Məhkəmə Müsabiqəsinin Azərbaycan üzrə seçimləri keçirilib

Amerikanın Azərbaycandakı Səfirliyinin məlumatına görə, müsabiqə 100-ə qədər ölkədən 600-dən çox hüquq məktəbinin iştirak etdiyi dünyada ən böyük məhkəmə müsabiqəsidir. Qalib komandanın ABŞ-ın Vaşinqton şəhərində keçiriləcək beynəlxalq raundlara vəsiqə qazandığı milli raundlar Azərbaycanda 13 illik fasilədən sonra artıq ikinci dəfə təşkil olunur.

Beynəlxalq Ədalət Məhkəməsində baxılan xəyali iş üzrə keçirilən müsabiqə yeni yaranan və aktual beynəlxalq hüquq problemlərini əks etdirən məsələləri əhatə edir. Müsabiqə hüquq tələbələrinin vəkillik, hüquqi təhlil, hüquqi yazı və hüquqi nitq kimi mühüm bilik və bacarıqlarının önə çəkilməsinə və inkişafına köklənərək onları peşəkar təcrübəyə hazırlayır. İlkin turlar ADA universitetində, Final Raundu isə Bakı şəhərindəki Holiday Inn otelində baş tutub.

Bu ilki Azərbaycan milli raundlarında Bakı Dövlət Universitetinin, Azərbaycan Gömrük Komitəsi Akademiyasının, eləcə də 15 illik fasilədən sonra Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültələrinin komandaları iştirak edib. Seçimlərdə ABŞ, Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan və Türkiyədən olan hakimlər iştirak edib.

Seçimlərin final raundunda Bakı Dövlət Universitetinin komandası qalib olub və müsabiqənin beynəlxalq raundlarına vəsiqə qazanıb.

XS
SM
MD
LG