Accessibility links

Beynəlxalq Qadınlar Günü münasibətilə Təbrizdə divarlar graffiti ilə boyanıb


İran Azərbaycanının Təbriz şəhərində bir sıra sivil fəal beynəlxalq qadınlar günü münasibətilə divarlarda graffiti-şüarlar yazıb.

Amerikanın Səsinin Təbrizdən əldə etdiyi məlumata görə, bir sıra gənc fəallar beynəlxalq qadın günü münasibətilə şəhərin divarlarını graffiti ilə boyayaraq qeyd ediblər.

Graffiti-şüarlarda Azərbaycan türkcəsində "Qadına Azadlıq", "Biz Bacararıq", "Azadlığı Boğma" yazılıb.

İran azərbaycanlı əsilli qadın haqları fəalı Sevil Süleymani Təbriz divarlarında graffiti şüarları öz Facebook səhifəsində paylaşaraq, "Qadınların azadlığı Azərbaycanın azadlığının bir parçasıdır. Biz varıq, olacağıq, Burada, Azərbaycanda" - deyə yazıb.

O həmçinin "Azərbaycan feminizmi hər gün keçdikcə səsini daha da ucaldacaq" - deyə, bildirib.

İranda 8 mart Beynəlxalq Qadınlar günü dövlət tərəfindən qeyd edilmir.

XS
SM
MD
LG